Brahmana və ya Brahmanlar (, ; , ) — Hinduizmin müqəddəs mətnləri, Şruti ədəbiyyatının mühüm tərkib hissəsi. Vedalara yazılmış şərhlərdən ibarət olan bu mətnlər Vedik ritualları, qurbanvermə mərasimlərini və onların simvolik mənalarını ətraflı izah edir.

Strukturu və saxlanılan mətnlər Hər bir Vedik şakxanın (ənənəvi din və təhsil məktəbinin) özünəməxsus Brahmanası mövcud olmuşdur. Mahacanapadalar dövründə bu mətnlərin dəqiq sayı məlum olmasa da, günümüzə qədər təxminən 20-yə yaxın Brahmana mətni çatmışdır. Ən məşhur Brahmanalardan biri Yacurvedaya aid olan və 100 fəsildən ibarət "Şatapatha-brahmana"dır.

Əhəmiyyəti və fəlsəfi təsiri Brahmanlar Vedantadan əvvəlki qədim Hind fəlsəfəsinin, eləcə də Hindistanda hüquq, astronomiya, həndəsə, dilçilik və qrammatika elmlərinin inkişafında baza rolu oynamışdır.

Bundan əlavə, Karma konsepsiyası və hind cəmiyyətinin mənəvi həyat mərhələlərini müəyyən edən Aşrama sistemi — Braxmaçarya (tələbəlik/subaylıq), Qrixastxa (ev sahibliyi), Vanaprastxa (meşəyə çəkilmə) və Sannyasa (tərkidünyalıq) məhz bu mətnlərdə formalaşmağa başlamışdır.

Brahmanların bəzi müstəqil hissələri və son bölmələri sonradan Aranyakalar və ya Upanişadlar kimi ayrılmışdır.

Dili və tarixlənməsi Brahmanlar, dörd Vedanın Samhitaları kimi, Vedik sanskrit dilində qələmə alınmışdır. Tədqiqatçıların böyük əksəriyyəti Brahmanların e.ə. X — e.ə. VI əsrlər arasında tərtib edildiyini qəbul edirlər.

İstinadlar

Kateqoriya:Hindu mətnləri Kateqoriya:Vedizm Kateqoriya:Brahmanalar