Senat (; sözündən əmələ gəlib, sözbəsöz tərcümədə "qoca" deməkdir) — dövlət hakimiyyətinin ən yüksək orqanlarından biri, çox vaxt qanunvericilik məclisinin (parlamentin) yuxarı palatası.
Bəzi dövlət və ölkələrdə senat ən yüksək məhkəmə orqanlarının daxilindəki departamentlərə verilən addır. Senat üzvlərinə "senatorlar" deyilir. Sözün mənşəyi hakimiyyətin qəbilə ağsaqqallarına məxsus olduğu ən qədim sosial quruluş formalarından biri ilə əlaqələndirilir və buna görə də "senat" termini adətən "ağsaqqallar şurası" kimi qələmə verilir. "Senat" adı, eramızdan əvvəl VIII əsrdə qurulan və eramızın VI əsrində fəaliyyətini dayandıran Qədim Roma senatından sonra dünya miqyasında istifadə olunmağa başlamışdır. Bizans imperiyasında "sinklitus" adlanan senat, 1204-cü ildə səlibçilər tərəfindən dağıdılana qədər mövcud idi.
Müxtəlif dövlət və ölkələrdə senatlar
Tarixi
Roma senatı Senat — Qədim Romanın ən yüksək dövlət orqanlarından biri. Roma Respublikasının Senatı, 1143-cü ildə Breşiyalı Arnold tərəfindən bərpa edilmişdir.
Polşa senatı Polşa-Litva Birliyinin senatı — 1569-cu ildən 1795-ci ilə qədər parlamentin yuxarı palatası. Polşa Krallığı senatı — 1815-ci ildən 1831-ci ilə qədər Polşa krallığı seyminin palatalarından biri. Polşa senatı — 1922-ci ildən 1946-cı ilə qədər parlamentin yuxarı palatası.
Rusiya Rusiya senatı — Rusiya imperiyasında imperatora tabe olan ən yüksək dövlət orqanı.
Türkiyə senatı Respublika senatı — 1961-ci ildən 1982-ci ilə qədər parlamentin yuxarı palatası. Fransa senatı Qoruyucu Senat — 1799-cu ildən 1814-cü ilə qədər ən yüksək qanunverici orqan . Senat (İkinci imperiya) — 1852-ci ildən 1870-ci ilə qədər ən yüksək qanunverici orqan idi.
Müasir dövrdə
Amerika Birləşmiş Ştatları Senatı — Amerika Birləşmiş Ştatları Konqresinin yuxarı palatası. Argentina Millətinin Senatı () — Argentina Milli Konqresinin yuxarı palatası. Avstraliya Senatı () — Avstraliya Parlamentinin yuxarı palatası. Senat (Baham) — Baham Adaları Birliyi Parlamentinin yuxarı palatası. Barbados Senatı () — Barbados Parlamentinin yuxarı palatası. Belçika Senatı () — Belçikanın ikipalatalı federal parlamentinin yuxarı palatası. Beliz Senatı () — Beliz Parlamentinin yuxarı palatası. Berlin Senatı () — Berlin əyalətinin hökumətidir və ona İdarəedici Mer rəhbərlik edir. Boliviya Senatorlar Palatası () — Boliviya Parlamentinin yuxarı palatası. Braziliya Senatı ()) — Braziliya Federativ Respublikası parlamentinin yuxarı palatası. Burundi Senatı — Burundi parlamentinin yuxarı palatası. Cənubi Afrika Senatı və ya Əyalətlərin Milli Şurası — Cənubi Afrika Respublikası Parlamentinin yuxarı palatası. Çexiya Parlamentinin Senatı () — Çexiya Parlamentinin yuxarı palatası. Çili Senatı — Çili Respublikası parlamentinin yuxarı palatası. Dominikan Respublikası Senatı — Dominikan Respublikası parlamentinin yuxarı palatası. Esvatini Senatı — Esvatini Krallığı parlamentinin yuxarı palatası. Fiji Senatı — Fiji Adaları Respublikası parlamentinin yuxarı palatası. Filippin Senatı () — Filippin Respublikası parlamentinin yuxarı palatası. Finlandiya Senatı () — əvvəlcə Finlandiya Böyük Hersoqluğunun, daha sonra isə müstəqil Finlandiya hökumətinin qanunvericilik və məhkəmə orqanı idi. Fransa Senatı () — qanunvericilik hakimiyyətinin qollarından biri olan müasir Fransa parlamentinin yuxarı palatası. Haiti Senatı (Portuqalca: Le Sénat de Haïti) — Haiti Respublikası parlamentinin yuxarı palatası. İordaniya Senatı (, Məclis ə-Ayan) — İordaniya parlamentinin yuxarı palatası. İrlandiya Senatı — İrlandiya Parlamentinin yuxarı palatası. İspaniya Senatı () — Cortes Generales-in (İspaniya Parlamenti) yuxarı palatası. İtaliya Senatı () — İtaliya Parlamentinin yuxarı palatası. Kamboca Senatı (Protsaphea) — Kamboca Krallığı Parlamentinin yuxarı palatası. Kanada Senatı (, ) — monarx (General Qubernator tərəfindən təmsil olunur) və İcmalar Palatasının yanında Kanada Parlamentinin üç tərkib hissəsindən biridir. Kolumbiya Senatı () — Kolumbiya Respublikası Parlamentinin yuxarı palatası. Konqo Demokratik Respublikasının Senatı — Konqo Demokratik Respublikası parlamentinin yuxarı palatası. Konqo Respublikasının Senatı — Konqo Respublikası parlamentinin yuxarı palatası. Qabon Senatı (Portuqalca: Le Sénat du Gabon) — Qabon Respublikası parlamentinin yuxarı palatası. Qazaxıstan Respublikası Parlamentinin Senatı () — Qazaxıstan Respublikası Parlamentinin yuxarı palatası. Qrenada Senatı — Qrenada parlamentinin yuxarı palatası. Lesoto Senatı — Lesoto krallığı parlamentinin yuxarı palatası. Liberiya Senatı — Liberiya Respublikası parlamentinin yuxarı palatası. Madaqaskar Senatı — Madaqaskar Respublikası parlamentinin yuxarı palatası. Malayziya Senatı — Malayziya parlamentinin yuxarı palatası. Meksika Senatorlar Palatası () — Meksika Birləşmiş Ştatları parlamentinin yuxarı palatası. Nigeriya Senatı — Nigeriya Federal Respublikası parlamentinin yuxarı palatası. Özbəkistan Respublikası Oliy Məclisinin Senatı () — Özbəkistan Respublikası parlamentinin yuxarı palatası. Pakistan Senatı — Pakistan parlamentinin yuxarı palatası. Palau Senatı — Palau Respublikası parlamentinin yuxarı palatası. Paraqvay Senatı — Paraqvay Respublikası parlamentinin yuxarı palatası. Polşa Senatı — 1989-cu ildən bəri Polşa parlamentinin yuxarı palatası. Rusiya Senatı — Rusiya Federasiyası Federal Məclisinin (Federasiya Şurası) yuxarı palatası üçün qeyri-rəsmi addır.. Ruanda Senatı — Ruanda Respublikası parlamentinin yuxarı palatası. Rumıniya Senatı () — Rumıniya parlamentinin yuxarı palatası. Sent-Lüsiya Senatı — Senat-Lüsiya parlamentinin yuxarı palatası. Seneqal Senatı () — Seneqal Respublikası parlamentinin yuxarı palatası. Tayland Senatı (/Wutthisapha Thai/; hərfi mənada: Tayland Ağsaqqallar Şurası; əvvəllər eyni məna daşıyan /Phruetthisapha Thai adı altında gedirdi) — Tayland krallığı parlamentinin yuxarı palatası. Uruqvay Senatorlar Palatası () — Uruqvay çayının şərq sahili Respublikası parlamentinin yuxarı palatası. Yamayka Senatı — Yamayka Parlamentinin yuxarı palatası. Zimbabve Senatı — Zimbabve Respublikası parlamentinin yuxarı palatası.
İstinadlar
Kateqoriya:Qanunverici orqanlar