Şastra (, , «təlimat, qayda, rəhbərlik, məcmuə, müqəddəs kitab və ya traktat», «çağırış, himn») — hind dinlərində istifadə olunan izahlı mətn növü; sutra şərhləri. Daha geniş mənada şastra hər hansı bir mövzu və ya elmin dar sahəsi haqqında bilik deməkdir. Məsələn, müəyyən bir silah növünə yiyələnmə bacarığının adlandırılması (məsələn, astra-şastra (, , «hərb elmi, mərmilərin atılması sənəti»). Qələmə alınması brahman Kautilyaya nisbət edilən «Arthaşastra» traktatında hökmdarların davranış qaydaları, o cümlədən nazirlərin təyin edilməsi və istifadə olunması, torpaq və resursların istismarı, eləcə də müharibələrin aparılması yolları şərh olunur. Şastra termini ilə kanonik mətnlər də adlandırılır.

İstinadlar

Kateqoriya:Buddist terminologiyası Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr