Neo-Vedanta və ya Neo-hinduizm ("yeni", "islah olunmuş hinduizm") — Hinduizmin bir növü; XIX əsrin əvvəllərindən etibarən yaranmış bir sıra Hinduizm daxilindəki islahatçı hərəkatların ümumiləşdirilmiş adı. Neo-hinduizmin fərqləndirici cəhətlərindən biri öz dini-fəlsəfi sisteminə digər dinlərin (məsələn, xristianlıq, islam və ya buddizm) təlim elementlərini daxil etmək cəhdidir.
Tarixi
XIX əsrin əvvəlləri — 1880-ci illərin ortaları İlkin dövrdə Neo-hinduizm "Hinduizmi sonradan əlavə olunmuş təbəqələrdən təmizləmək" və Şimali Hindistanı daha inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırmaq məqsədini izləyirdi. Neo-hinduizmin banisi 1828-ci ildə Brahmo Samac dini cəmiyyətini təsis etmiş brahman Ram Mohan Roy hesab olunur. Daha sonrakı neo-hinduistlərə Debendranat Taqor, Keşabçandra Sen, Arya Samac hərəkatının əsasını qoyan Dayananda Sarasvati və Ramakrişna Paramaamsa daxildir.
Birinci mərhələdə neo-hinduistlər hinduizmin hərfi mənada dul qadınların özünü yandırması ritualı, dullar üçün təkrar nikah imkanının olmaması, sosial münasibətlər sistemində qadının ümumi aşağı mövqeyi, uşaq nikahları, "kasta çəpərləri sistemi" və digər çatışmazlıqları kəskin tənqid edirdilər. Neo-hinduistlər "geniş xalq maariflənməsi" lehinə, bütpərəstliyə, ənənəvi kahinliyə (Roy) və müqəddəs Hinduizm kitablarının mütləq nüfuz olmasına (Taqor) qarşı çıxış edirdilər.
Birinci dövrün neo-hinduistləri əsas diqqəti mütləqə yönəldir, Neo-hinduizmə görə mütləqdən aşağı pillədə duran çoxsaylı hind allahlarına böyük əhəmiyyət vermirdilər. Meditasiya, dua və mənəvi inkişaf da daxil olmaqla, daxili təcrübə üsulları ön plana çəkilirdi.
Birinci mərhələnin Neo-hinduizmi yekcins deyildi, onun daxilində ənənəvi hinduizmlə olduğu kimi, öz daxili ziddiyyətləri də mövcud idi. Birinci mərhələnin sonuna yaxın Ramakrişna öz təlimində müxtəlif ənənələrin yalnız "Mütləqə aparan vahid yolun müxtəlif pillələri" olduğunu göstərərək bütün bu ziddiyyətləri aradan qaldırmışdır.
1880-ci illərin ortaları — 1960-cı illər Paxomovun fikrincə, Neo-hinduizmin ikinci dövrününən məşhur nümayəndələri Svami Vivekananda və Aurobindo olmuşdur. İkinci dövrün Neo-hinduizmi "dinin müasir cəmiyyətdəki rolunu dərk etməyi" özünə məqsəd qoymuşdu. Tez-tez ingilis hakimiyyəti ilə əməkdaşlıq edən birinci dövr neo-hinduistlərindən fərqli olaraq, bu dövrün nümayəndələri Hindistanın müstəqilliyi naminə mübarizəyə, vətənpərvərliyə və ölkənin qərb tipli inkişafının daha da sürətləndirilməsinə böyük diqqət yetirirdilər. Ritulların əhəmiyyəti daha da azaldı, qərb dinləyiciləri ilə qarşılıqlı əlaqə artdı, Neo-hinduizmin Qərbdə daha yaxşı başa düşülməsi üçün təlimə qərb anlayışları daxil edildi (buna misal olaraq yoqanın "təcrübi elm" kimi qələmə verilməsidir). Hər hansı "şəxsi dünyəvi maraqları" olmadan yalnız cəmiyyətin maraqları naminə fəaliyyət göstərən Sannyasin ideal neo-hinduist rolunda çıxış etməyə başlamışdır.
İkinci mərhələnin Neo-hinduizmi hinduizmin universallığına, ona hər hansı din və təlimin daxil edilməsi imkanına işarə edir. Bundan əlavə, Neo-hinduizm Hindistanın dünyanın digər ölkələri üzərində "mənəvi üstünlüyünü" vurğulayır, xristianlıq və qərb dünyasını eqoizm və materializmə görə tənqid edir.
1950—1960-cı illər — hazırkı dövr Neo-hinduizmin üçüncü dalğası (Paxomov tərəfindən təklif edilən dövrləşdirmədə) 1950–1960-cı illərdə, neo-hinduistlərin öz ideyalarını Qərbdə, əsasən də ABŞ-da fəal şəkildə təbliğ etməyə başladıqları zaman başlamışdır. Paxomov Neo-hinduizmin üçüncü dövrünü Krişna Şüuru Beynəlxalq Cəmiyyəti, Racniş hərəkatı, Çinmoy hərəkatı, Sahaca Yoqa, Ananda Marqa və digər çoxlu sayda hərəkatlarla əlaqələndirir. Bu mərhələnin nümayəndələri tərəfindən hinduizm heç bir milli Hindistan xüsusiyyətləri olmadan, islam və xristianlıq da daxil olmaqla digər dinlərlə tam uzlaşan "ümumbəşəri din", "həqiqi bilik", eləcə də "müasir dövrün qlobal problemlərinin həlli" metodu kimi təqdim olunur.
Qərbdə Neo-hinduist hərəkatlarının məşhurluğu sürətlə artırdı ki, buna da əsasən Qərbdəki əks-mədəniyyət cərəyanı böyük təsir göstərmişdi. Sergey Paxomovun məlumatına görə, ABŞ əhalisinin 5%-dən 10%-ə qədəri bu və ya digər şəkildə Neo-hinduist hərəkatlarından birinə cəlb olunmuşdur.
Təlimi Hindoloq Sergey Paxomovun fikrincə, Neo-hinduizm öz inkişafının hər üç mərhələsində teologiya və fəlsəfə baxımından neo-advayta-vedanta, teistik vedantalar (Krişnaizm) və "universal" vedantaları (Ramakrişna, Satya Sai Baba) özündə birləşdirən neo-vedantaya söykənirdi. Paxomov Neo-hinduist təlimlər üçün xarakterik olan əsas fərqləndirici cəhətləri qeyd edir. Bunlar "mütləq İlahi ruh ideyası" (mücərrəd və ya şəxsi); dünyanın reallığı və onun İlahi iradədən asılılığı haqqında təsəvvürlər; insanın "mənəvi təkmilləşmə qabiliyyətinə" və "ilahi kamilliyə" malik "əbədi ruh" kimi müəyyən edilməsidir. Neo-hinduist təlimlərdə "varlığın universal üsulu" və "bütün həyat münaqişələrinin həlli vasitəsi" olan yoqaya xüsusi diqqət yetirilir.
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
(266 pages), paperback
Elmi
Apologetik
Xarici keçidlər
International Forum for NeoVedantins
Tarix Bithika Mukerji, Neo-Vedanta and Modernity Kelamuni, The Neo-Vedanta of Swami Vivekananda: Part One Kelamuni, The Neo-Vedanta of Swami Vivekananda: Part Two Swami Bhajanananda (2010), Four Basic Principles of Advaita Vedanta
Tənqid Frank Morales, Neo-Vedanta: The problem with Hindu Universalism DharmaCentral.com, A Devastating Critique of Neo-Hinduism
Kateqoriya:Advayta Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Neo-Vedanta Kateqoriya:Nondualizm Kateqoriya:XIX əsrdə Hindistan Kateqoriya:XX əsrdə Hindistan