Maksimilyan Filipp (; ) — ilk Bavariya kürfürstü I Maksimilyanın oğlu, I Loyxtenberq hersoqu.
1638-ci ildə Münxendə dünyaya gəldi. Atası Bavariya kürfürstü I Maksimilyan, anası isə Müqəddəs Roma imperatoru II Ferdinandın qızı Mariya Annadır. 1650-ci ildə atası tərəfindən Loyxtenberq hersoqu ünvanı aldı. Ertəsi il atasının vəfatından sonra böyük qardaşı Ferdinand Mariya taxt-taca sahibləndi.
1668-ci ildə Tierre qəsrində Bulyon əsilzadələrindən Maurisiya Febroni de la Tur d'Overnlə evləndi. Ancaq cütlüyün bu nigahdan övladı olmadı.
1679-cu ildə qardaşının vəfatının ardından taxt-tac onun oğlu II Maksimillyan Emanuelə qaldı. Ancaq hələ yetkin olmadığı üçün Maksimilyan Filipp onun əvəzinə 1 il boyunca dövlət işlərini naib ünvanıyla ələ aldı. Ardından Turkeym əyalətindəki şəxsi mülkünə çəkildi və ölümünədək burada sakit bir həyat yaşadı.
Mənbə
Huberty, Michel; Giraud, Alain; Magdelaine, F. and B. (1985). L'Allemagne Dynastique, Tome IV -- Wittelsbach. France: Laballery. pp. 88, 127. ISBN 2-901138-04-7
İstinadlar