Əbül-Abbas Tacəddin Əhməd ibn Məhəmməd ibn Əbdülkərim ibn Ətaullah əş-Şazəli əı-İsgəndəri (; ) — sufi.
İbn Ətaullah əl-İsgəndəri, Şazəliyyə təriqətinin Əbül-Həsən əş-Şazəli və onun xəlifəsi Əbül-Abbas əl-Mürsidən sonra üçüncü böyük şəxsiyyəti hesab olunur. Həmçinin Mövlana və İbn əl-Ərəbi kimi sufi şəxsiyyətlərinin ondan təsirləndiyi bildirilir.
Həyatı İbn Ətaullah İsgəndəriyyədə anadan olmuşdur. O, Bəni-Cüzam qəbiləsinə mənsub idi. Babası Əbdülkərim İsgəndəriyyə şəhərinin tanınmış maliki hüquqçusu hesab olunurdu. İbn Ətaullahın "Lətaifül-minən" əsərindəki sözlərindən məlum olur ki, babası təsəvvüfə qəti şəkildə qarşı idi. İbn Fərhun yazır ki, o, Zəmaxşərinin "əl-Müfəssəl" və "ət-Təhzib" adlı əsərlərini ixtisar etmiş, "ət-Təhzib"ə isə yeddi cildlik şərh yazmışdır.
İbn Ətaullah Nəsirəddin İbnül-Müneyyirə, Mühyiddin əl-Məzuniyə, Şərəfəddin Əbdülmömin əd-Dimyati və Məhəmməd ibn Mahmud əl-İsfahaniyə tələbəlik etmiş, onlardan fiqh, dil, hədis, fəlsəfə, kəlam və məntiq öyrənmişdir.
O, bu dövrdə təsəvvüfə qarşı olsa da, Şazəliyyə təriqətindən Əbül-Abbas əl-Mürsi ilə tanış olmuş və onun məclislərində iştirak etməyə başlamışdır.
O, moizələr vermək və irşad fəaliyyəti ilə məşğul olmaq üçün Qahirəyədə getmiş və Qahirədə də yaşamağa başlamışdır. Burada onun ətrafında, şafii alimi Təqiyyədin əs-Subkinin də iştirak etdiyi geniş bir tərəfdar və dinləyici kütləsi formalaşmışdı.
Həmin dövrdə Misirdə yaşayan İbn Teymiyyə ilə İbn Ətaullah və tərəfdarları arasında şiddətli mübahisələr baş vermiş və bu şiddətli mübahisələr Təqiyyəddin ibn Teymiyyənin həbs olunmasına şərait yaratmışdır.
Bu hadisədən sonra da Misirdə yaşamağa davam edən İbn Ətaullah, 1309-cu ildə Qahirədəki Mədrəsəyi-Mənsuriyyədə vəfat etmiş və Qarafə qəbiristanlığında dəfn olunmuşdur.
Əsərləri İbn Ətaullahın qələmə aldığı əsərlərdən bəziləri bunlardır:
Lətaifül-minən. Əl-Qəsdül-mücərrəd fi mərifətil-ismil-müfrəd. Ət-Tənvir fi isqatit-tədbir. Ünvanüt-təvfiq fi ədəbit-təriq. Miftəhül-fələh və misbəhül-ərvah. Tacül-ərus əl-həvi li-təhzibin-nüfus. Əl-Hikəmül-Ətaiyyə.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Sufilər Kateqoriya:Misir yazıçıları Kateqoriya:Sünni müsəlman İslam alimləri