Oldenburqlu Yekaterina Petrovna (; ; ) — Oldenburq şahzadəsi Pyotrun qızı.

1846-cı ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Oldenburq şahzadəsi Pyotr, anası isə alman əsilli Nassaulu Terezadır. Ailəsi alman əsilli Hoşteyn-Qottorp sülaləsinə mənsub olsa da, Rusiyada böyüyüb boya-başa çatmışdı. Çünki onun atası Şahzadə Pyotr, çar I Pavelin qızı Yekaterina Pavlovnanın sağ qalan yeganə oğlu idi. Mehriban ailə daxilində böyüyən Şahzadə Yekaterina rus, alman, ingilis və fransız dillərində təhsil aldı. Musiqi, rəsm və rəqs dərsləri aldı.

Çariça Mariya Aleksandrovna onu böyük oğlu Çareviç Nikolayla evləndirmək istəsə də, Nassaulu Tereza buna mane oldu. 1866-cı ildə keçirdiyi qızılcanın ardından vərəm diaqnozu qoyulan Yekaterina bir müddət müalicə səbəbilə Venesiyaya göndərildi. Ancaq bu bir çarə olmadı. 11 iyun 1866-cı ildə Avstriyanın sanatoriya şəhərlərindən biri olan Ştiriyada vəfat etdi. Cənazəsi Rusiyaya gətriildi və Strelnadakı ailə məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Мемуары графа С. Д. Шереметева: Т. 1. — 2004. — 736 с. — ISBN 5-85759-131-7 И. Б. Чижова. Давно замолкшие слова. — 2006. — ISBN 5-699-15795-6. («Возлюбленный образ, с душой неразлучный») Э. Анненкова. Принцессы Ольденбургские. — Москва: Издательский Дом ТОНЧУ, 2014. — 784 с.

İstinadlar