Bounty — 1951-ci ildən Mars Inc. şirkəti tərəfindən istehsal olunan, içi kokos dolğulu, üzəri şokoladla örtülmüş qənnadı məshulu.
Tarixçə "Bounty" ilk dəfə amerikan biznesmen Forrest Edvard Mars tərəfindən İngiltərənin Slau şəhərində, Peter Paul şirkətinin 1936-cı ildə təqdim etdiyi və ABŞ bazarında satılan "Mounds" adlı bənzər şokoladın təqlidi kimi hazırlanmışdır. Mars öz versiyasını Britaniyada və Peter Paulun fəaliyyət göstərmədiyi digər bazarlarda təqdim etmişdir. "Bounty" ABŞ bazarına ilk dəfə 1989-cu ildə daxil olmuş, lakin uğursuz olmuşdur.
İstinadlar