Bal şərabı — balın fermentasiya edilməsi ilə əldə olunan alkoqollu içki növü. Bu içki bəşəriyyət tarixində istehsal olunmuş ən qədim alkoqollu içkilərdən biri hesab olunur.

Mifologiyası

thumb|İsveç bal şərabı

Mifologiyada məlum ilk alkoqollu içki olan bal şərabı çox vaxt "Allahların içkisi" və ya ilahi ilham mənbəyi kimi xarakterizə olunur. Bal şərabının ilk izlərinə e.ə. II minilliyə aid mağara rəsmlərində, eləcə də Çində aparılan arxeoloji qazıntılarda e.ə. VII minilliyə aid qalıqlarda rast gəlinir. Vikinqlər, Qallar və Qədim yunanlar bu içkini həm gündəlik həyatda, həm də dini rituallarda intensiv şəkildə istehlak etmişdirlər. Asteriks filmlərində və kitablarındakı iksir komponentlərindən biri də məhz bal şərabıdır.

İçildiyi zaman rahatlıq verən, antioksidant, rahatladıcı və afrodizyak təsiri ilə tanınır. XVIII əsrə qədər Avropada olduqca geniş şəkildə istehlak edilmişdir. Lakin üzüm şərabı və pivə istehsalının daha ucuz başa gəlməsi və geniş yayılması ilə XVIII əsrin axırlarına doğru öz aparıcı yerini bu içkilərə güzəştə getmişdir.

Bal ayı () ifadəsi də öz mənşəyini bal şərabından götürür. Qədim dövrlərdə yeni evlənən cütlüklərə evliliklərinin ilk ayında bərəkət və müvəffəqiyyət gətirməsi üçün bir ay boyu yetəcək qədər bal şərabı hədiyyə edilirdi.

İstinadlar

Biblioqrafiya

Əlavə ədəbiyyat siyahısı

Minnick, Fred (2018). Mead: The Libations, Legends and Lore. Running Press, Philadelphia. .

Zaerpoor, Chrissie Manion (2017). The Art of Mead Tasting and Food Pairing. Mead Maven Publishing, Yamhill, Oregon. .

Xarici keçidlər

Imaginaire Celtique YouTube Channel: "So, what does a Celt get drunk on?", with Matthieu Poux, Université Lyon 2.

Kateqoriya:Alkoqollu içkilər Kateqoriya:Danimarka mətbəxi Kateqoriya:Estoniya mətbəxi Kateqoriya:Finlandiya mətbəxi Kateqoriya:German paqanizmi Kateqoriya:İsveç mətbəxi Kateqoriya:Rusiya içkiləri Kateqoriya:German mifologiyası Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:İngiltərə mətbəxi Kateqoriya:Kelt mifologiyası