"Ala gözlü yar" (bəzi mənbələrdə "Gözlərin aladır, yar") — sözləri şair Rəsul Rzaya, musiqisi bəstəkar Süleyman Ələsgərova məxsus olan Azərbaycan mahnısıdır.

Tarixi qeydiyyat Mahnının bilinən ən qədim rəsmi səs yazısı 1958-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin Dövlət Səs Yazısı Evi () tərəfindən 78 dövr sürətli qramafon valına (katalog № 30011) yazılmışdır. Valın etiketində əsərin musiqi müəllifi kimi S. Ələsgərov, söz müəllifi kimi isə R. Rzayeva (Rəsul Rza) göstərilmiş, əsəri isə Xalq artisti Bülbül ifa etmişdir.

+ 1958-ci il qramafon valının B üzünə dair məlumat Başlıq Musiqi Söz Piano Katalog № İl Ala gözlü yar (Gökgözlü sevgili) S. Ələsgərov R. Rzayev (Rəsul Rza) Ç. Sadıxov 30011 1958

Sonrakı bəstələr Eyni poetik mətn əsasında sonrakı illərdə fərqli bəstəkarlar tərəfindən yeni musiqi versiyaları yaradılmışdır:

Niyaməddin Musayevin bəstəsi — "Gözlərin aladır yar" adı ilə tanınan bu versiya bəstəkarın özü tərəfindən ifa edilərək qeydə alınmışdır. Sonralar əsər Türkiyədə Neşə Karaböcək tərəfindən ifa olunaraq "Altın Plak" vasitəsilə buraxılmışdır.

Müəllif hüququ araşdırması 2004-cü ildə Türkiyədə "Gözlerin Eladır Yar" adı altında Özlem Özdilin ifasında bir qeydiyyat yayımlanmış, bu qeydiyyatda söz və musiqi müəllifi kimi Sinan Alyaz göstərilmişdir.

IK Studio MMC (Azərbaycan) və Ahenk Müzik (Türkiyə) şirkətlərinin birgə müraciəti əsasında Türkiyə Musiqi Əsəri Sahibləri Peşə Birliyi (MESAM) Texniki Elmlər Kurulu (TBK) məsələni araşdırmışdır. Kurulun 17.06.2026 tarixli (sayı: 6.2/17-32) qərarında bildirilir ki, mövcud tarixi qeydiyyatlar (o cümlədən 1958-ci il taxta lövhə qeydi) müqayisə edildikdə, mübahisəli əsərin sözləri Rəsul Rzaya, musiqisi isə Niyaməddin Musayevə aid olduğu qənaətinə gəlinmişdir. Sənədlər IK Studio MMC və Ahenk Müzik tərəfindən MESAM-a təqdim olunan müraciət sənədi: Ala_gozlu_yar.pdf MESAM Texniki Bilim Kurulunun cavab qərarı (17.06.2026, sayı 6.2/17-32): bax

İstinadlar

Xarici keçidlər Государственный Дом Звукозаписи, каталог № 30011, 1958. Səs yazısı Sinan Alyazın ifasında. Səs yazısı MESAM, sayı 6.2/17-32, 17.06.2026 tarixli qərar

Kateqoriya:Azərbaycan mahnıları Kateqoriya:1958-ci ilin mahnıları