Azərbaycan Ssenaristlər Gildiyası — 2026-cı ildə yaradılmış, Azərbaycanda ssenaristlərin peşəkar fəaliyyətini təmsil edən ictimai birlik. Təşkilatın nizamnaməsində məqsədləri ölkədə ssenari sənətinin inkişafına dəstək göstərilməsi, ssenaristlərin peşəkar maraqlarının müdafiəsi, müəllif hüquqlarının qorunmasına töhfə verilməsi və peşəkar əməkdaşlığın təşviqi kimi göstərilir. Təşkilatın sədri Nicat Dadaşovdur.

Təşkilat müəllif hüquqları və müqavilə münasibətləri ilə bağlı tövsiyələrin hazırlanmasını, ssenaristlər üçün peşəkar standartların formalaşdırılmasını, yaradıcı inkişaf proqramlarının təşkilini və ssenari layihələrinin istehsala hazırlanmasına dəstəyin göstərilməsini fəaliyyət istiqamətlərinə daxil edir.

Tarixi thumb|220px|Azərbaycan Ssenaristlər Gildiyasının təqdimat mərasimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Bakı, 24 iyun 2026. Foto: Rüfət Bəndəliyev.

Gildiyanın təqdimatı 24 iyun 2026-cı ildə Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilmişdir. Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi, kino xadimləri, ssenaristlər və digər yaradıcı peşə nümayəndələri iştirak etmişlər. Təsis yığıncağında təşkilatın idarəetmə orqanları formalaşdırılmış və Nicat Dadaşov sədr seçilmişdir.

Gildiyanın elan etdiyi fəaliyyət istiqamətlərinə ssenari laboratoriyalarının, rezidensiya proqramlarının, pitçinq platformalarının, müsabiqələrin və peşəkar forumların təşkili, metodik nəşrlərin hazırlanması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və ssenaristlər arasında peşəkar təcrübə mübadiləsinin təşviqi daxildir.

Proqramları Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyət istiqamətləri çərçivəsində təhsil, peşəkar inkişaf və əməkdaşlıq proqramlarının təşkilini nəzərdə tutur.

Bu proqramlara ssenari laboratoriyaları, rezidensiya proqramları, pitçinq sessiyaları, ustad dərsləri, ssenari müsabiqələri, illik ssenari mükafatları, metodik vəsaitlərin hazırlanması, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlər və peşəkar forumlar daxildir.

Gildiyanın məlumatına görə, proqram və layihələr ssenaristlərin peşəkar inkişafının dəstəklənməsi, yerli kino sənayesində ssenari mədəniyyətinin inkişafı və Azərbaycan müəlliflərinin beynəlxalq platformalara çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

2026-cı ildə Gildiyanın nəzdində Gənc Ssenaristlər Klubu yaradılmışdır. Klub gənc müəlliflərin peşəkar inkişafına dəstək göstərmək, onların təcrübəli ssenaristlərlə əməkdaşlığını təşviq etmək və müxtəlif təhsil proqramlarında iştirak imkanlarını genişləndirmək məqsədi daşıyır.

Təşkilatın strukturu Gildiyanın ali idarəetmə orqanı Ümumi Yığıncaqdır. İcraedici orqanı İdarə Heyəti, nəzarət orqanı isə Təftiş Komissiyasıdır.

Azərbaycan Ssenaristlər Gildiyasının İdarə Heyəti yeddi nəfərdən ibarətdir. Təsis yığıncağında aşağıdakı tərkib təsdiq edilmişdir:

Nicat Dadaşov — sədr; Ramil Ələkbərov— sədr müavini; Ülviyyə Heydərova — üzv; Elvin Talıbzadə — üzv; Nurlan Həsənli — üzv; Emin Əfəndiyev— üzv; İsmayıl İman — üzv.

Təftiş Komissiyasının sədri Pərviz Məmmədov, üzvləri isə Xanım Aydın və Ülviyyə Əhmədovadır.

Üzvlük Azərbaycan Ssenaristlər Gildiyasına üzvlük şərtləri və qəbul qaydaları Gildiyanın Nizamnaməsi ilə tənzimlənir. Gildiyaya üzv olmaq istəyən şəxslər müəyyən edilmiş sənədləri təqdim etməklə müraciət edə bilərlər. Üzvlüklə bağlı qərar İdarə Heyəti tərəfindən qəbul edilir.

Beynəlxalq əməkdaşlıq Azərbaycan Ssenaristlər Gildiyası xarici ssenarist birlikləri, kino institutları və digər peşəkar təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsini fəaliyyət istiqamətlərindən biri hesab edir.

Təşkilatın açıqladığı fəaliyyət planına beynəlxalq laboratoriyalar, rezidensiyalar, təhsil proqramları və peşəkar təcrübə mübadiləsi layihələrində iştirakın genişləndirilməsi, eləcə də Azərbaycan ssenaristlərinin beynəlxalq peşəkar şəbəkələrə inteqrasiyasının təşviqi daxildir.

Həmçinin bax Azərbaycan Kinematoqrafçılar İttifaqı

Xarici keçidlər

Azərbaycan Ssenaristlər Gildiyası – Facebook

Azərbaycan Ssenaristlər Gildiyası – Instagram

İstinadlar