Niderlandlı Frederik (; ) — I Niderland kralı I Vilhelmin oğlu, hərbi xadim. 1816-1881-ci illərdə Niderland mason lojasının böyük ustadı idi.
1797-ci ildə Berlində dünyaya gəldi. Atası Yeddi Birləşmiş Əyalət Respublikasının son hakimi Oran şahzadəsi V Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə Prussiya kralı II Fridrix Vilhelmin qızı Şahzadə Vilhelminadır. Doğulduğu əsnada ailəsi sürgündə idi. Hələ 9 yaşında ikən Berlinin fransızlar tərəfindən işğalı səbəbilə ailə Sileziyaya qaçdı. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Müəllimlərindən biri Karl fon Klauzevits oldu.
Hələ 16 yaşında ikən 1813-cü ildə Leypsiq döyüşündə iştirak etdi və hərbi bacarıqlarını nümayiş etdirdi. Qələbənin ardından atası Oran mülkü üzərindəki hüquqlarını bərpa etdi və Şahzadə Frederik bilmədiyi flaman dilini öyrənmək məqsədilə Leyden Universitetində təhsil aldı. Vaterlo döyüşündən sonra 1816-cı ildə bütün taxt-tac hüququndan imtina etdi. Qarşılığında isə Hollandiyada nəhəng torpaq mülkləri və Hollandiya Şahzadəsi () ünvanı aldı. Beləcə, qısa zamanda Oran ailəsinin ən güclü və varlı üzvü oldu.
21 may 1825-ci ildə Berlində dayısı III Fridrix Vilhelmin qızı Luiza ilə evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.
Şahzadə Luiza, İsveç və Norveç kraliçası Şahzadə Vilhelm Karel (1833-1834) Şahzadə Vilhelm Albert (1836-1846) Şahzadə Mariya, Vayd şahzadəsi
Digər yandan atası tərəfindən ordu daxilində fərqli hərbi rütbələrə yüksəldi. 1816-cı ildə Hollandiyadakı Mason Liqasının baş ustadı seçildi və bu vəzifəsini ölümünədək davam etdirdi. 1829-cu ildə yenicə qurulan Yunan taxt-tacına namizəd seçilsə də, dilini və adətlərini bilmədiyi bir ölkə olduğu üçün imtina etdi. 1830 Belçika inqilabı zamanı üsyanı yatırmaqla vəzifələndirilən hərbi birliklərə rəhbərlik etdi. Ancaq Brüsseli üsyançılardan geri ala bilmədi. 1840-cı ildə atası taxtdan çəkildi və böyük qardaşı II Vilhelm taxta çıxdı. Şahzadə Frederik isə bu tarixdən etibarən siyasi və hərbi fəaliyyətinə son qoyaraq şəxsi mülklərini idarə etməklə məşğul oldu.
1849-cu ildə qardaşının vəfatından sonra ölkə xeyli borcla üz-üzə qaldı. Siyasi bacarığı ilə qardaşının qaynı olan rus çarı I Nikolaydan bir milyon gulden ödəniş almağa nail oldu. Digər yandan taxta çıxmaqdan çəkinən qardaşı oğlu III Vilhemə dövlət işlərində kömək edəcəyini deyərək dəstəklədi. Onun səltənətində ordudakı fəaliyyətini davam etdirdi. Ancaq onun ordunu müasirləşdirmə planları yarıda qaldı və 1868-ci ildə bu vəzifəsindən istehfa etdi. Ən son 12 oktyabr 1880-ci ildə qardaşı oğlu III Vilhemin qızı Şahzadə Vilhelminanın vəftiz mərasiminə qatılan Şahzadə Frederik 1881-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Hamilton-Williams, David (1993). Waterloo. New Perspectives. The Great Battle Reappraised. London: Arms & Armour Press. pp. 239–240. ISBN 978-0-471-05225-8 Caransa, A. (2001). Vrijmetselarij en Jodendom: de wereld een tempel (in Dutch). Hilversum: Verloren. p. 80. ISBN 9065501835
İstinadlar