İslam Xoca minarəsi () — Xivədə, İçan Qala qalasının mərkəzində yerləşən minarə. Eyniadlı İslam Xoca mədrəsəsi ilə birlikdə İslam xoca kompleksinin bir hissəsidir. Qədim Xivənin ən hündür tikilisidir və bəzi məlumatlara görə, 56,6 metr hündürlüklə Orta Asiyada ikinci ən uca minarədir (üçüncü yerdə Buxaradakı Kalyan minarəsi qərarlaşıb — 46,5 metr, birinci yerdə isə Köhnə Ürgəncdəki Qutluq Teymur minarəsidir — 60 metrdən çoxПамятники архитектуры Туркменистана. Ленинград, 1974, с. 191-192).

Tarixi 250px|thumb|left|İslam Xoca minarəsi Özbəkistanın poçt markası üzərində İslam Xoca minarəsi və İslam Xoca mədrəsəsinin tikintisinə 1908-ci ildə, Xivə xanlığının hökmdarı İsfəndiyar xanın qaynatası və baş vəziri olan Seyid İslam Xocanın təşəbbüsü ilə başlanmışdır. Minarə və mədrəsənin inşasında tanınmış memar Xudayberqan Hacı, eləcə də mahir nəqqaşlar (naxış ustaları) Eşmühəmməd Xudayberdiyev və Bolta Voisov iştirak etmişdilər. Hər iki obyektin tikintisi 1910-cu ilə qədər başa çatdırılmışdır.

Minarənin oturacağındakı diametri 9,5 metrdir. Sütunun daxilində kərpicdən hörülmüş dolama (vintvari) pilləkən qalxır ki, bu da rütbəli (şərəfəli) eyvanın — çıxıntılı hörgü sıralarına söykənən və zəngin stalaktit korniz şəklində tərtib olunmuş fənərin meydançasına aparır.

Vaxtilə minarə bir neçə funksiyanı yerinə yetirirdi: Eyni zamanda həm müşahidə qülləsi idi; Dini funksiyaya malik idi, xüsusən yaxınlıqdakı məsciddə azan oxunması (müsəlmanları namaza çağırmaq) üçün istifadə edilirdi; Hökmdarların fərmanlarını oxumaq və digər məqsədlər üçün əhalini yaxınlıqdakı meydana toplamaq (çağırmaq) üçün istifadə olunurdu.

İstinadlar

Xarici keçidlər Ўзбекистон миллий энциклопедияси (узб.). — Тошкент: Давлат илмий нашриёти, 2000—2006.

Kateqoriya:1910-cu ildə yarananlar Kateqoriya:Özbəkistandakı ümumdünya irsi Kateqoriya:1910-cu ildə tamamlanmış dini tikililər Kateqoriya:1910-cu illərdə Özbəkistanda yarananlar