Abdulla bəy Əfəndizadə () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, pedaqoq.

Həyatı Abdulla bəy Əfəndizadə 3 mart 1873-cü ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdu. 1880–1888-ci illərdə Nuxada məhəllə məktəbində ibtidai təhsil almış, 1888–1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895–1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Nuxada müəllim işləmişdir. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər İnstitutuna daxil olmuş və 1899-cu ildə orada təhsilini tamamlamışdı. left|thumb|200x200px|Abdulla Əfəndizadənin qardaşı Hüseyn əfəndi Əfəndizadə uşaqları ilə.

Ailəsi left|thumb|275x275px|Abdulla Əfəndizadənin anası Fəxri (Şirin) xanım Əfəndizadə 1906-cı ildə Şəkidə Babası Hacı Çələbi əfəndi, atası İsmayıl əfəndi və anası Fəxri (Şirin) xanım Əfəndizadə, qardaşları Hüseyn əfəndi Əfəndizadə və Rəşid bəy Əfəndiyev idilər. Ziya adında oğlu olmuşdur. Hikmət Ziyanın babasıdır.

İsmayıl əfəndi — 1819-cu ildə Şəkidə anadan olmuşdur. Osmanlıda təhsil almış, Gəncə Valiliyi Sünni Ruhani Məclisinin üzvü, İrəvan, Naxçıvan, Yeni Bəyazid və Şərur-Dərələyəz qəzalarının qazısı olmuşdur. 13 iyun 1892-ci ildə Şəkidə vəfat etmişdir. Hüseyn əfəndi Əfəndizadə — 1862-ci ildə Şəkidə anadan olmuşdur. Zaqafqaziya Ruhani İdarəsindən rəsmən "əfəndi" titulu almışdır. Qori Müəllimlər Seminariyasında çalışmışdır. 1917-ci ildə Şəkidə yaşamasına baxmayaraq, Gəncə Valiliyi Sünni Ruhani Məclisinin sədri olmuşdur. 30 oktyabr 1919-cu ildən Şəki Qadın Gimnaziyasının direktorunu əvəz edib.

Fəaliyyəti thumb|Abdulla Əfəndizadənin əlifba layihəsi 1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamışdır. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və məktəb müdiri vəzifələrində işləmişdir. 1906-cı ildə A.Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I və 1907-ci ildə II qurultaylarında fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birgə tərtib etdiyi yeni əlifba layihəsini müzakirəyə çıxarmış, onlarla birlikdə həmin əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirmişdir. O, Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa (Şəki) şəhərindən ADR parlamentinə deputat seçilmişdir. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olmuş, 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan etmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilən Əfəndizadə Maarif Nazirliyinin əlifba islahatına dair təşkil etdiyi kommissiyanın tərkibində çalışmışdır. Müzakirəyə təqdim etdiyi əlifba layihəsi komissiya tərəfindən bəyənilmişdir. 1919-cu ildə Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin "Son türk əlifbası" adlı əlifba dərsliyinin nəşrinə icazə verilmişdir.

Ədəbi yaradıcılıqla məşğul olmuş Əfəndizadə uşaqlar üçün şeirlər, hekayələr də yazmışdır. Onun 1919-cu ildə Şəkinin "Mədəniyyət" mətbəəsində onun siyasi lirika janrında qələmə aldığı "Ya ölüm, ya Türkiyə" mənzuməsi çox məşhur idi. Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. Abdulla bəy Əfəndizadə eyni zamanda tərcümə işi ilə də məşğul olmuş, rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini türkçəmizə tərcümə etmişdir. Geniş fəaliyyət, hərtərəfli yaradıcılıq dairəsinə və qabiliyyətinə malik olan Abdulla bəy Şəki folklorunun toplanılması, araşdırılması və təbliği istiqamətində də mühüm işlər görmüşdür. O, topladığı folklor nümunələrini 1894-cü ildə "Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza (SMOPK)" məcmuəsində çap etdirmişdir.

Kitabları "Rüstəmin yuxusu, yaxud röyası" (1906); "Şagirdlərə hədiyyə" (1914).

Kitabçası "Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə

Şeirləri "Növhə"; "Ümid"; "Acı həqiqətlər qarşısında böyük ümidvarlılıq"; "Qafqaza dəvət".

Haqqında Onun 1906-cı ildə əvvəl "Dəbistan" jurnalında, daha sonra isə ayrıca kitabça şəklində nəşr edilmiş "Rüstəmin yuxusu" adlı əsərinə XX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-siyasi hərəkatın görkəmli nümayəndəsi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə resenziya yazmışdır:

Ölümü O, 1928-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Həmçinin bax Rəşid bəy Əfəndiyev Salman Mümtaz

İstinadlar

Kateqoriya:Əfəndizadələr

Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri