thumb|B'nai B'rith üzvlük sertifikatı, 1876-cı il B'nai B'rith ( — "Əhd övladları") — dünyadakı ən qədim fəal yəhudi ictimai və xidmət təşkilatıdır. Təşkilat 13 oktyabr 1843-cü ildə ABŞ-ın Nyu-York şəhərində Henri Consun rəhbərliyi ilə 12 yəhudi mühacir tərəfindən təsis edilmişdir.
Təşkilat qlobal miqyasda yəhudi icmalarının fəaliyyətini əlaqələndirir, yəhudi məsələləri və mənafeləri ilə bağlı beynəlxalq münasibətlər yaradır. B'nai B'rith təşkilatının baş qərargahı ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşir. Təşkilat Birləşmiş Millətlər Təşkilatında (BMT) qeyri-hökumət təşkilatı statusu ilə iştirak edir. Təşkilatın fəaliyyət sahələrinə yəhudi hüquqlarının müdafiəsi, təbii fəlakət qurbanlarına humanitar yardımların göstərilməsi, müvəffəqiyyətli yəhudi tələbələrin mükafatlandırılması, antisemitizmə qarşı insan hüquqları kampaniyalarının təşkili və geniş sosial layihələr daxildir. Bundan əlavə, təşkilat İsrail dövlətinin təhlükəsizliyini və mövcudluğunu fəal şəkildə dəstəkləyir. Dünyanın onlarla ölkəsində yerli şöbə və nümayəndəlikləri fəaliyyət göstərir.
Təşkilat İkinci Dünya müharibəsi dövründə Holokostdan zərər çəkmiş yəhudilərin hüquqlarını müdafiə edərək, Almaniya hökumətindən kompensasiya (təzminat) alınması prosesində, eləcə də "Yəhudilərin Almaniyaya Qarşı Maddi İddiaları Konfransı"nın () yaradılmasında mühüm rol oynamışdır. Hazırda dünyanın 60-dan çox ölkəsində fəal üzvlərə və yerli şöbələrə malikdir.
Həmçinin bax Diffamasiya Əleyhinə Liqa
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xeyriyyə təşkilatları Kateqoriya:İvrit dilində sözlər və ifadələr Kateqoriya:Sionist təşkilatlar