Ətikə bint Zeyd (; ) — Səid ibn Zeydin bacısı, Ömər ibn Xəttabın həyat yoldaşı və qadın səhabə.

Həyatı Onun atasının adı Zeyd ibn Əmr, anasının isə Ümmü Qureyz bint Abdullahdır.

Ətikə bint Zeyd İslamı qəbul etdikdən sonra Mədinəyə hicrət etmişdir. O burada Abdullah ibn Əbu Bəkr ilə ailə qurmuş, Abdullah ibn Əbu Bəkrin ölümündən sonra, 633-cü ildə Ömər ibn Xəttabla evlənmişdir. Bəzi mənbələrə görə isə Ömərdən əvvəl Zeyd ibn Xəttab ilə ailəli olan Ətikə, Zeydin ölümündən sonra Ömərlə evlənmişdir.

Onun digər evlilikləri Zübeyr ibn Əvvam və Hüseyn ibn Əli ilə olmuşdur. Olduqca gözəl olan Ətikə ilə Əli də evlənmək istəmiş, lakin Ətikə bundan imtina etmişdir.

Şair ruhlu şəxs olan Ətikə bint Zeyd, Abdullah ibn Əbu Bəkrin, Zübeyr ibn Əvvamın, Hüseyn ibn Əlinin və Məhəmmədin ölümlərindən sonra onlar üçün mərsiyələr yazmış və söyləmişdir.

İstinadlar

Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:Qureyş Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr qadınları Kateqoriya:Ərəb şairlər