Krisipp və ya Xrisipp () — qədim yunan mifologiyası personajıDünya xalqlarının mifləri. M., 1991-92. 2 cilddə, c.2, s.598. Tantalın oğlu, Pelopsun nikahdankənar (kənizdən doğulmuş) oğludur.Psevdo-Apollodor. Mifoloji kitabxana III 5, 5 Fiv kralı Lay Nemeya oyunları zamanı Xrisippin qeyri-adi gözəlliyinə aşiq olmuş və gənci qaçıraraq ona təcavüz etmişdir.Elian. Rəngarəng hekayələr XIII 5. Pelop Fiv şəhərini müharibə ilə hədələyərək oğlunun geri qaytarılmasını tələb etmişdir. Digər bir rəvayətə görə isə, Lay onu döyüş arabası ilə Fivə aparmış, Xrisipp isə utancından intihar etmişdir.Afiney. Müdriklərin ziyafəti XIII 79, 602f // V. Q. Boruxoviçin qeydləri: Apollodor. Mifoloji kitabxana. L., 1972. s.167 Hiqinin qedylərinə əsasən, onu Tesey qaçırmışdır.Hiqin. Miflər 271.

Mifin başqa bir versiyasına əsasən, Xrisipp Enomanın qızı Hippodamiyanın təhriki ilə qardaşları Atrey və Fiest tərəfindən (və ya yalnız Atrey tərəfindənPlaton. Kratil 395b) öldürülmüşdür.Gigin. Miflər 85

Onun adı, ehtimal ki, Hesiodun əsərlərində çəkilmişdir.Hesiod. Qadınların siyahısı, fr.190 М.-У. Sofoklun "Hippodamiya" adlı faciəsinin mövcudluğu ehtimal edilsə dəКомментарий Д. О. Торшилова в кн. Gigin. Miflər. СПб, 2000. С.105, onun rəsmi faciələr siyahısında bu ada rast gəlinmir. Bəzi mənbələrdə səhvən bir tanrının sevgilisi kimi də adlandırılır.Kliment. Protreptik 33, 5

Xrisipp Evripidin eyniadlı "Xrisipp" faciəsinin, Diogenin "Xrisipp" pyesinin, Likofronun, həmçinin naməlum bir müəllifin və Aksinin "Xrisipp" faciələrinin, eləcə də Strattidin "Xrisipp" komediyasının baş qəhrəmanıdır (bu əsərlərin heç biri dövrümüzə qədər tam halda gəlib çatmamışdır).

İstinadlar

Kateqoriya:Elida mifologiyası Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Mifologiyada təcavüz qurbanları Kateqoriya:Yunan tanrılarının yoldaşları