Fransua Ksavye Mark Antuan hersoq de Monteskyu-Fezensak (; ) — Fransa abbatı və siyasi xadimi, Birinci Restavrasiya dövründə Fransanın daxili işlər naziri, Fransa Akademiyasının üzvü.
Həyatı Mənşəyi etibarilə kökü ilk frank kralları Merovinqlərə qədər gedib çıxan ən qədim zadəgan nəsillərindən biri olan Monteskyu ailəsinə mənsub idi.
1782-ci ildə Bolyö abbatı olmuşdur.
1789-cu il Baş Ştatlarının və Müəssislər Məclisinin ruhanilər palatasından deputatı seçilmiş, buradakı səsvermələrdə əksər hallarda sağ cinahla birlikdə hərəkət etmişdir. 1792-ci ildə İngiltərəyə getmiş və yalnız 9 termidor çevrilişindən sonra Parisə geri dönmüşdür.
1814-cü ildə müvəqqəti hökumətin üzvü təyin edilmiş, konstitusiya xartiyasının tərtib olunmasında iştirak etmiş, daha sonra isə daxili işlər naziri portfelini almışdır. Monteskyunun 1814-cü ildə daxili işlər nazirliyinə rəhbərlik etdiyi qısamüddətli dövr Restavrasiya rejiminin tezliklə cəmiyyətdə mənfi qarşılanmasının əsas səbəblərindən biri olmuşdur. O, krallığın vəziyyətinə dair bir hesabat təqdim etmiş, lakin bu hesabatın əsas müddəaları sonrakı hadisələrlə dərhal təkzib olunmuşdur. Nazir həmçinin yalnız 30 vərəq və ondan daha böyük həcmli kitabların ilkin senzuradan azad edilməsini tələb etmiş, xalq təhsili sistemini yenidən qurmağı təklif etmişdir.
İkinci Restavrasiyadan sonra Monteskyu qraf, daha sonra isə hersoq rütbəsi almış və 1832-ci ilə qədər Per lər palatasında fəaliyyət göstərmişdir. Səthi və qeyri-ciddi xarakterə malik olan Monteskyu şəraitin onu qısa müddətə gətirdiyi partiya lideri mövqeyinə tamamilə yararsız bir şəxsiyyət olmuşdur.
İstinadlar
Kateqoriya:Fransa abbatları Kateqoriya:Yazılar və Bədii Ədəbiyyat Akademiyası Kateqoriya:Fransanın daxili işlər nazirləri