Ümmü Cəmil Fatimə bint Xəttab əl-Qureşiyyə əl-Ədəviyyə (; ) — Ömər ibn Xəttabın bacısı və Məhəmmədin səhabəsi.

Həyatı İslamdan əvvəlki həyatı haqqında məlumat yoxdur.

Ləqəbi "Ümeymə"dir. O, İslamı Ömərdən əvvəl, həyat yoldaşı ilə birlikdə qəbul etmiş və Quran oxumağı Həbbab ibn Ərətdən öyrənmişdir.

Həmin dövrdə Bənu Ədi ibn Kəb qəbiləsinin başçısı kimi Məkkə idarəçiliyində səfirlik vəzifəsini yerinə yetirən Ömər ibn Xəttab, Məhəmməd haqqında verilmiş ölüm hökmünü icra etmək üçün yola çıxdıqda Bənu Zöhrə qəbiləsindən bir nəfərdən bacısı Fatimənin müsəlman olduğunu eşitmiş və bundan sonra istiqamətini dəyişərək Fatimənin evinə getmişdir.

Onların İslamı qəbul etmələrinə qəzəblənərək yeznəsi Səid ibn Zeydi və bacısını döymüş, lakin onların İslamı haqq din olduğu üçün seçdiklərini, Allaha və Məhəmmədə ürəkdən bağlandıqlarını, doğru yolu tapdıqdan sonra artıq ondan qorxmadıqlarını cəsarətlə söyləmələri Öməri yumşaltmışdır.

Ömər evə girməzdən əvvəl içəridə oxunduğunu eşitdiyi yazıları görmək istədiyini bildirmiş, Fatimə isə qardaşından üzərində Quran ayələri yazılmış dəri parçalarını cırmayacağına dair söz almış və qüsl etməsini təmin etdikdən sonra həmin ayələri ona vermişdir.

Bu ayələri oxuduqdan sonra Məhəmmədi görmək istədiyini deyən Ömərə Məhəmmədin olduğu Ərqəmin evinə yollanmışdır. Şübhəsiz ki, Ömərin İslamı qəbul etməsində Fatimənin öz dininə səmimi və möhkəm bağlılığının böyük təsiri olmuşdur.

Bu hadisədən sonra onun həyatı barədə mənbələrdə hər hansı məlumat verilmir.

Həmçinin bax Zeyd ibn Xəttab

İstinadlar

Kateqoriya:Səhabələr