Bənu Hənifə () — Bənu Bəkr qəbiləsinin qollarından biri. Mənbələrə görə, Bənu Hənifə qəbiləsinə, heç vaxt kölə olmadıqları və heç bir hökmdara tabe olmadıqları üçün "əl-ləqah" () deyilmişdir.

Mənşəyi Qəbilənin əcdadı olan Hənifə ibn Lüceym, Ədnanın nəslindən və Bənu Hənifənin Dul (Düvl), Ədi, Amir, Süheym kimi qolları vardır.

Tarixi Ərəblər arasında döyüşkənliyi ilə tanınan Bənu Hənifə qəbiləsi ilk vaxtlar Bənu Bəkr ilə müttəfiq olsalar da, Bəsus müharibəsindən sonra onlardan ayrılaraq, Bənu Təğlib ilə müttəfiq oldular. Bu səbəblə də Zi Qar döyüşündə iştirak etmədilər.

Hicrətdən (622-ci ildən) əvvəl Məkkəyə gələn Bənu Hənifəlilər Məhəmməd tərəfindən İslam dəvət edilsələr də, bu dəvəti rədd etmişdilər.

Onların İslamı qəbul etməsi isə 631-ci ilə təsadüf etmişdir. Lakin bu çox çəkməmiş, Məhəmmədin xəstə yatdığı günlərdə Bənu Hənifə qəbiləsi, peyğəmbərlik iddiasında olan Müseylimənin ətrafında toplaşaraq üsyan etmişlər. Əbu Bəkr isə onların üzərinə Xalid ibn Vəlidi göndərmiş və Müseylimə öldürülmüşdür. Bundan sonra əməllərindən peşiman olan Bənu Hənifəlilər yenidən müsəlman olmuşlar.

İnancı Cahiliyyə dövründə bütpərəst olan Bənu Hənifə qəbiləsində zamanla Xristianlıq yayılmışdır. Qəbilə Riddə döyüşlərindən sonra İslamı mənimsəmişdir.

Həmçinin bax Yəmamə döyüşü

İstinadlar

Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Nəcd Kateqoriya:Nəcd tarixi Kateqoriya:Rəbiə