Qretye Kauffeld əsl adı Greta "Qretye" de Roo-Klut (; ) — Niderland müğənnisi. 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Wat een dag" adlı mahnı ilə təmsil edərək yarışmada onuncu olub. Həyatı Qretye Kauffeld 26 noyabr 1939-cu ildə Rotterdamda Qreta Klut adı ilə anadan olub. Uşaq ikən o, məktəb xorunda iştirak edib. 13 yaşında Hilversum Radiosunun keçirdiyi müsabiqədə bir qrupla birlikdə çıxış edib. Sonradan ailəsi Zelandiyaya köçüb. 16 yaşında o, Niderlandın radio orkestri və biq-bendi olan "The Skymasters" qrupunun solisti olub. Orkestr Evelin Künneke, Rene Karol, Rudi Şurike və Fred Bertelman kimi sənətçiləri müşayiət etdiyi üçün o, dövrün bir çox məşhur pop ulduzları ilə əlaqə qurub. Venesiyada keçirilən musiqi festivalında Ervin Len "The Skymasters" qrupunu Ştutqartdakı "Südwestrundfunk" radiostansiyasında çıxış etməyə dəvət edib və burada Qritje ilə bir neçə lent yazısı hazırlayıb. 250px|thumb|left| Qretye Kauffeld 1962-ci ildə 1961-ci ildə Haynts Gits Ştutqart Liederhalledə onun ifasını eşidib və ona səsyazma müqaviləsi təklf edib. O, həmçinin Almaniyanın "Game with Fours" televiziya serialında rol alıb. Həmin il yazılmış bir neçə trek uğur qazana bilməsə də, Paul Kun ilə əməkdaşlığı ona erkən dövrün ən uğurlu sinqlı olan "Every Day I Love You a Little Bit More" mahnısını qazandırıb. O, Niderlandda da uğur qazanıb. 1961-ci ildə "Wat een dag" ("Nə gözəl bir gün") mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində ölkəsini təmsil edərək 10-cu yeri tutub. 1963-cü ildə Baden-Badendə keçirilən Alman Şlyager Festivalında "Nur bei dir" ("Yalnız səninlə") mahnısını ifa etsə də, finala yüksələ bilməyib. Onun 1964-cü ildə buraxdığı "We Can Only Write Letters" mahnısı bir neçə həftə hit-paraddarda qalıb.

1967-ci ildə müqaviləsi başa çatdıqdan sonra o, Avropaya qayıtmazdan əvvəl Los-Ancelesdə çıxış edib. 1970-ci ildə Yoop de Ru ilə ailə həyatı qurub və həyat yoldaşı onu musiqi istiqamətini dəyişməyə sövq edib. Beləliklə, o, caz musiqisinə yönəlib və əvvəlcə Niderlandda, daha sonra isə Almaniyada uğur qazanıb. Bir çox caz musiqiçiləri ilə birgə çıxış edib və 1981-ci ildə caz albomu lentə aldırıb. 1980-ci ildə Avro-Amerika "Nordring" radio festivalında "Ən yaxşı solist" elan edilib. 1986-cı ildə Kaufeld tenor saksofon və gitaranın müşayiəti ilə öz şəxsi caz triosunu yaradıb. Trio bir neçə mükafata, o cümlədən "Gouden Notenkraker" və 's-Hertogenbosch şəhərinin Caz Mükafatına layiq görülüb. O, həmçinin Hilversumdakı HKU İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərib və burada Pit Vitt (Pit Witt) də daxil olmaqla gənc caz musiqiçilərinə ustadlıq edib.

1993-cü ildən bəri o, Almaniyada tez-tez, xüsusən də "Siggi Gerhard-Swingtett" qrupu ilə çıxış edib və bir çox konsertlərdə qonaq qismində səhnə alıb. 2002-ci ildə caz pianoçusu Dirk Raufeizen ilə birlikdə "A Lovely Way to Spend an Evening" proqramında çıxış edib. 2005-ci ildə "Swingin' Fireballs" qrupu ilə əməkdaşlığa başlayıb və bu iş birliyi 2006-cı ildə "Mons Records" tərəfindən buraxılan Milad albomu ilə nəticələnib.

Onun "Was für Tage..." adlı memuar kitabı 2006-cı ildə alman jurnalist İnqo Şivek tərəfindən nəşr edilib və 2014-cü ildə müğənninin 75 illik yubileyi münasibətilə yenidən təkmilləşdirilib. Kaufeld 1999-cu ildə Niderland Şiri Ordeninin Cəngavəri rütbəsinə layiq görülüb. 2014-cü ilin noyabrında isə Niderlandın "Tijd voor MAX" televiziya proqramında Joke Bröys (Joke Bruijs) tərəfindən ona "Edison Jazz Oeuvre" (Yaradıcılıq) mükafatı təqdim edilib.

Diskoqrafiya

Albomlar Sunday Melody (1965) My Kinda' World (1969) And Let the Music Play (1973) He Was a King Uncrowned (1976) Some Other Spring (1980) The Song Is You (1987) On My Way to You (1989) European Windows (1992) Live at the Kölner Philharmonie (1993) The Real Thing (1994) Jeden Tag da lieb' ich dich ein kleines bisschen mehr (1997) Uit liefde en respect voor Gershwin (1997) My Favorite Ballads (1998) On the Sunny Side of Swing (1998) Dreaming (2000) Devil May Care (2002) My Shining Hour (2005) Tender Meditation (2008) Heaven's Open (2011) Young Girl Sunday Jazz (2015)

İstinadlar

Xarici keçidlər

Официальный сайт Мемуары

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Niderlandın "Avroviziya" təmsilçiləri