"Milkshake Man" – Avstraliya müğənnidi və mahnı müəllifi "Go-Jo"nun ifa etdiyi mahnı. Kompozisiya "Go-Jo" tərəfindən Emi Şepard, Corc Şepard və Ceyson Bovino ilə birgə qələmə alınmışdır. Mahnı 25 fevral 2025-ci il tarixində işıq üzü görmüş və 2025 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı təmsil etmişdir. Sözügedən sinql İsveç, Litva və İslandiyanın musiqi qrafiklərinə daxil olmuşdur.

Videoklipi Rejissorluğu Coş Harris tərəfindən edilən "Milkshake Man" mahnısının videoklipi sinqlın buraxılışı ilə eyni vaxtda Qou-Counun rəsmi "YouTube" kanalında istifadəçilərə təqdim olunmuşdur. Ekran işində müğənni iki qadın ilə birlikdə ənənəvi dondurma furqonunun daxilində südlü kokteyllər hazırlayır. Klipin ümumi ab-havası isə bayram enerjisi və stroboskopik işıq effektləri ilə zənginləşdirilmişdir.

Avroviziya mahnı müsabiqəsi Daxili seçim 25 fevral 2025-ci il tarixində Avstraliyanın "SBS" ictimai yayım şirkəti daxili seçim yolu ilə Bazel şəhərində keçirilən Avroviziya 2025 mahnı müsabiqəsində ölkəni "Milkshake Man" kompozisiyası ilə Qou-Counun təmsil edəcəyini bəyan etmişdir. Sinql elə həmin gündən etibarən rəqəmsal platformalarda dinlənilməyə verilmişdir.

Müsabiqədə 2025 Avroviziya Mahnı Müsabiqəsi İsveçrənin Bazel şəhərində yerləşən "St. Jakobshalle" kompleksində təşkil olunmuşdur. Müsabiqə 13 və 15 may 2025-ci il tarixlərində keçirilən iki yarımfinal və 17 may 2025-ci il tarixində baş tutan final mərhələsindən ibarət olmuşdur. 28 yanvar 2025-ci ildə reallaşan püşkatma nəticəsində Avstraliya ikinci yarımfinal mərhələsində çıxış etmək imkanı əldə etmişdir. Sonradan təşkilatçılar tərəfindən Qou-Counun ikinci yarımfinal şousunun açılışını etməsi – səhnəyə birinci nömrə altında çıxması müəyyənləşdirilmişdir. Avstraliya təmsilçisi final mərhələsinə vəsiqə qazana bilməmişdir.

Trek siyahısı Rəqəmsal yükləmə/striminq «Milkshake Man» – 3:04

Rəqəmsal yükləmə/striminq, "Jolyon Petch" remiksi «Milkshake Man» (Jolyon Petch Remix Edit) – 2:42 «Milkshake Man» (Jolyon Petch Remix) – 3:32

İstinadlar

Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:2025-ci ilin mahnıları Kateqoriya:2025-ci ilin sinqlları