"Eins, Zwei, Drei" – daha çox "Look Mum No Computer" səhnə təxəllüsü ilə tanınan Birləşmiş Krallıq elektron musiqiçisi Sem Battlın mahnısı. Kompozisiya 6 mart 2026-cı il tarixində "BBC Radio 2" radiosunda yayımlanan "The Scott Mills Breakfast Show" proqramında elan edilmiş və sinql olaraq buraxılmışdır. Mahnı daxili seçim yolu ilə 2026 Avroviziya Mahnı Müsabiqəsində Birləşmiş Krallığı təmsil etmək üçün seçilmişdir.
Mahnıda müasir iş həyatının çətinlikləri təsvir olunur. Sənətçi özünü daha yaxşı hiss etmək üçün etibar edə biləcəyi bir dil istədiyini bəyan edir və bu fikir onun alman dilindəki "eins, zwei, drei" () sözlərini təkrarladığı nəqarət hissəsində kulminasiya nöqtəsinə çatır.
Mahnı ifaçının özü tərəfindən hazırlanmış modullu sintezatorda, dəqiqədə 127 vuruş (bpm) tempində ifa olunur.
2026 Avroviziya Mahnı Müsabiqəsində Mahnının 2026 Avroviziya Mahnı Müsabiqəsində Birləşmiş Krallığı təmsil edəcəyi sinqlın buraxıldığı gün, yəni 6 mart 2026-cı il tarixində elan edilmişdir. Bu barədə Avroviziya Mahnı Müsabiqəsinin rəsmi "YouTube" kanalında məlumat verilmiş, həmçinin "BBC Radio 2" kanalında yayımlanan "The Scott Mills Breakfast Show" proqramında reportaj təqdim olunmuşdur; veriliş zamanı Skott Mills Sem Battl ilə yeni sinqlın buraxılışı və müsabiqədəki iştirakı barədə həmsöhbət olmuşdur.
16 may 2026-cı il tarixində Vyana şəhərində yerləşən "Viner Ştadhalle" (Wiener Stadthalle) konsert zalında keçirilmiş 2026 Avroviziya Mahnı Müsabiqəsinin finalında bu çıxış Ukrayna münsiflər heyətindən yalnız bir xal almışdır.
Videoçarx Musiqili videoçarx "Look Mum No Computer" layihəsinin rəhbəri olan ifaçının bir neçə kabel ilə əhatələnmiş masanın arxasında əyləşdiyi səhnə ilə başlayır. Hadisələr elə bir otaqda cərəyan edir ki, orada sənətçinin sol tərəfindəki divarda üç ədəd divar saatı və hər birinin altında telefon görünür; həmin cihazlar şəhər adları ilə işarələnmişdir: Berlin, Ramsgeyt (müəllifin muzeyinin yerləşdiyi şəhər) və 2026 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edən Avstriyanın Vyana şəhəri.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:Birləşmiş Krallıq Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Birləşmiş Krallıq mahnıları Kateqoriya:Elektronik musiqi Kateqoriya:İngilis dilində mahnılar