Yorqos Alkeos (; ) — Yunanıstan pop müğənnisi.
Onun karyerası 1989-cu ildə Yunanıstan realiti şousunda iştirak etdikdən sonra başlamışdır. Qısa bir müddət səhnə aktyorluğundan sonra Alkaios özünü musiqiyə həsr etmişdir. İlk sinqlı olan "Ti Ti" onu Yunanıstanda məşhurlaşdırmışdı. Onun özünəməxsus musiqi tərzi Yunanıstan və Şərq elementlərini müasir pop musiqisi ilə birləşdirir. Bu günə qədər 5 platin və 9 qızıl albomla sertifikat almışdır.
Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmişdir.
Erkən illəri Yorqos Alkeos-Vasiliu 24 dekabr 1971-ci ildə Afina şəhərində, yunan və portuqalmənşəli ailədə anadan olmuşdur. Onun anadan olmasından dərhal sonra ailəsi Bostona köçmüş və ifaçı üç yaşına qədər orada yaşamışdır. Valideynlərinin boşanmasından sonra Yorqos atası Yannis Vasiliu ilə birlikdə Yunanıstana geri dönmüşdür.
Əsasən nənəsi Anna tərəfindən böyüdülən Alkeos Xalandrionda yaşayırdı və uşaqlıq illərində yay tətillərini dostları və qohumları ilə Salamində keçirirdi. İlk işini on iki yaşında almışdı.
Alkaios gənc yaşlarından musiqiyə və idmana olan sevgisini göstərdi. Musiqi və teatrla ilk təcrübəsi Varimpompidəki yay düşərgəsində baş verdi və orada dörd il düşərgə məsləhətçisi kimi çalışmışdır. On altı yaşında Alkeos Delta məktəbində oxuyaraq elektrikçi olmaq üçün orta məktəbi tərk etmiş və elmi orada dərəcə almışdır.
Karyerası Yorqos Alkeosun musiqi karyerası 1989-cu ildə, ERT tərəfindən istehsal olunan "Ella Sto Fos" adlı Yunanıstan televiziya realiti-şousunda iştirak etməsi ilə başlamışdır. Şoudan sonra o, uzun müddət aktyor kimi fəaliyyət göstərmiş, xüsusilə qədim Epidaur teatrında Sofoklun "Antiqona" tamaşasında rol almışdır, lakin sonradan özünü tamamilə musiqiyə həsr etmişdir. Sənətçinin "Di Di" adlı ilk sinqlı böyük uğur qazanmışdır. Onun mahnıları, ilk növbədə, klassik yunan elementlərinin müasir pop musiqisi ilə sintezi ilə xarakterizə olunur.
"Friends Music Factory" 2008-ci ilin noyabrında Yorqos Alkeos və həmkarı, eyni zamanda dostu olan musiqiçi Dionisis Sxinas tərəfindən təsis edilmiş müstəqil səsyazma leyblıdır. Ənənəvi satış məntəqələrindən əlavə, leybl tərəfindən buraxılan albomlar Yunanıstan və Kiprdəki qəzet köşklərində də paylanılır, həmçinin tez-tez xüsusi buraxılış nəşrləri ilə birlikdə endirimli və sabit qiymətə satılır.
2010-cu ildə Yorqos Alkeos "Friends" qrupu ilə birlikdə "OPA" () mahnısı ilə Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmişdir. Müsabiqənin birinci yarımfinalında çıxış edən Yorqos Alkeos final mərhələsinə yüksəlmiş və orada 8-ci yeri tutmuşdur.
Diskoqrafiya
Studiya albomları 1992: Me Ligo Trak 1993: Ah! Kita Me 1994: Den Pirazi 1995: Anef Logou (Gold) 1996: Entos Eaftou (Platinum) 1997: En Psichro (Platinum) 1998: Ichi Siopis (Platinum) 1999: Sirmatoplegma (Gold) 2000: Pro Ton Pilon 2001: Oxygono 2003: Kommatia Psichis 2004: Ethousa Anamonis: Special Edition 2006: Nichtes Apo Fos 2007: Eleftheros 2008: To Diko Mas Paramithi
Toplular 1998: Ta Dika Mou Tragoudia 2002: Ta Tragoudia Mou
Konsert albomları 2005: Live Tour
EP-lər & CD sinqlları 1999: The Remix — EP 2002: Karma — CD Single
İstinadlar
Xarici keçidlər http://www.greek.ru/news/exclusive/50065/ Йоргос Алкеос, песня — «Опа!» Биография Йоргоса Алкеоса и переводы его песен с греческого Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri