Lale Andersen () — Almaniya müğənnisi və mahnı müəllifi. O, məşhur "Lili Marlen" mahnısının ifaçısı kimi tanınır.

Həyatı Gəmi idarəçisinin qızı olan Lizelotta Helena Berta Bunnenberq Bremerhafen şəhərində anadan olmuş və orada böyümüşdür. Hələ 17 yaşında ikən o, rəssam Paul Ernst Vilke (1894–1971) ilə ailə həyatı qurmuşdur. 1924–1929-cu illər aralığında cütlüyün üç övladı dünyaya gəlmişdir: Byörn, Karmen-Litta və Mixael.

1931-ci ildə yoldaşından ayrılan və üç övladını qohumlarının yanında qoyan gələcək müğənni Berlin şəhərinə yollanmış və burada Lale Andersen təxəllüsünü götürmüşdür. O, Berlində teatr studiyasında təhsil almış və kabarelərdə mahnı ifa etmişdir. 1933–1937-ci illərdə Andersen Sürix teatrında çıxış etmiş, bu dövrdə onun bəstəkar Rolf Liberman ilə ömrünün sonuna qədər davam edəcək dostluğu başlamışdır.

1938-ci ildə Andersen Münhenin "Simpl", 1939-cu ildən etibarən Berlinin nüfuzlu "Kabarett der Komiker" kabaresində fəaliyyət göstərmişdir. Burada o, bəstəkar Norbert Şultse ilə tanış olmuş və onun yeni yazdığı "Lili Marlen" mahnısını ifa etməyə başlamışdır. Müharibənin başlaması ilə bu kompozisiya təkcə alman əsgərləri arasında deyil, digər ordularda da böyük populyarlıq qazanmışdır. Mahnının təxminən iki milyon nüsxəsi satılmış və beləliklə, bu əsər Almaniya musiqi tarixində bir milyonluq satış həddini keçən ilk qrammofon valı olmuşdur.

Buna baxmayaraq, rəsmi alman təbliğatı həm ifaçının əsas şah əsərinin kifayət qədər gümrah ruhda olmaması, həm də onun Liberman və digər yəhudi mənşəli alman və isveçrəli musiqiçilərlə yaxınlığı səbəbindən müğənniyə mənfi münasibət bəsləmişdir. Müəyyən bir dövrdə "Lili Marlen" mahnısının ifası Almaniyada rəsmən qadağan edilmiş, Andersen isə intihara cəhd göstərmişdir.Fred K. Prieberg: Handbuch Deutsche Musiker 1933—1945, CD-Rom-Lexikon, Kiel 2004, S. 2347, Quelle: BA R 55/ 696. Blatt 62.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Andersen bir neçə il səhnədən uzaqlaşmışdır. Onun səhnəyə qayıdışı yalnız 1952-ci ildə, sözləri özünə aid olan "Liman üzərində mavi gecə" (Die blaue Nacht am Hafen) mahnısının diski Almaniyada "qızıl val" statusu qazandıqdan sonra baş tutmuşdur. O, 1961-ci ildə Avroviziya mahnı mürabiqəsində Almaniya Federativ Respublikasını təmsil etmiş və yarışmada 13-cü yeri tutmuşdur. Həmin vaxt Andersenin 56 yaşı var idi və o, 45 ildən çox bir müddət ərzində Avroviziya tarixinin ən yaşlı iştirakçısı rekordunu özündə saxlamışdır.

Andersen 1967-ci ilə qədər Avropa, ABŞ və Kanadada fəal şəkildə qastrol səfərlərində olmuşdur. Səhnə fəaliyyətini başa vurduqdan sonra o, iki xatirə kitabı nəşr etdirmişdir: "Necə köpəkbalığı olmaq olar? Şlyager oxumaq, mətn yazmaq və ya bəstələmək istəyən hər kəs üçün şənləndirici bələdçi" (Wie werde ich Haifisch? – Ein heiterer Ratgeber für alle, die Schlager singen, texten oder componieren wollen; 1969) və "Səmanın rəngi çoxdur" (Der Himmel hat viele Farben; 1972).

Diskoqrafiya 1939: Backboard ist links (Schiffsjungenlied) 1939: Der Junge an der Reling 1939: Lili Marleen (48-dən çox dilə tərcümə olunmuşdur; satışlar 2.000.000-dən çoxdur) 1941: Es geht alles vorüber, es geht alles vorbei 1941: Unter der roten Laterne von St. Pauli 1949: Schäferlied 1949: Die Fischer von Langeoog 1951: Blaue Nacht, o blaue Nacht am Hafen (orijinalı: Jealous Heart) 1951: Spiel’ mir eine alte Melodie (orijinalı: Simple Melody) 1952: Grüß mir das Meer und den Wind (orijinalı: Please, Mister Sun) 1953: Fernweh 1953: Ich werd’ mich an den Jonny schon gewöhnen 1954: Kleine Nachtmusik 1958: Jan von Norderney 1958: Dreigroschenopersongs 1958: Die Dame von der Elbchaussee 1958: Hein Mück 1959: Ein Schiff wird kommen (orijinalı: Ta pedia tou Pirea / Never on Sunday) 1959: Blue Hawaii 1961: Einmal sehen wir uns wieder ("Avroviziya-1961" müsabiqəsində iştirak etmişdir) 1961: Wenn du heimkommst (sonradan Henk Loklin tərəfindən "Happy Journey" adı ilə ingilis dilinə tərcümə edilmişdir) 1963: He, hast du Feuer, Seemann? 1963: Die kleine Bank im Alsterpark 1964: In Hamburg sind die Nächte lang (sonradan "In Hamburg When the Nights Are Long'" adı altında ingilis dilinə tərcümə edilmişdir) 1963: Mein Leben, meine Lieder (Musikalische Memoiren) 1964: Was ist ein Strand ohne Wind und Meer 1969: Der Rummelplatz am Hafen 1971: Geh’ nicht zurück aufs Meer (orijinalı: Ruby, Don't Take Your Love to Town)

Filmoqrafiya 1942: G.P.U. 1952: Fritz und Friederike 1953: Rote Rosen, rote Lippen, roter Wein 1954: Sterne und Sternchen am Schlagerhimmel 1956: …wie einst Lili Marleen 1957: Gruß und Kuß vom Tegernsee 1959—1972: Aktuelle Schaubude (11 seriya) 1961: Ein Berliner in Hamburg 1962: Hamburger Extrablätter (1 seriya) 1962—1972: Haifischbar (9 серій) 1966: Wer will's noch mal — Ein musikalisches Kaleidoskop 1966: Von uns — für Sie! 1968: Einer fehlt beim Kurkonzert 1971: Der Pott 1971: Wochenspiegel (1 seriya)

Əlavə ədəbiyyat Lale Andersen: Der Himmel hat viele Farben. Leben mit einem Lied'', autobiografischer Roman. Deutsche Verlags-Anstalt, Stuttgart 1972, 1984, dtv, München 1981. ISBN 3-421-01625-9.

İstinadlar

Kateqoriya:Almaniya müğənniləri Kateqoriya:Almaniyanın "Avroviziya" təmsilçiləri