Syoren Torpeqaard Lunn (; ) — Danimarkalı müğənni, aktyor və bəstəkar. O, 2026-cı ildə Vyanada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil edib və orada yeddinci yeri tutub.
Həyatı Syoren Torpeqaard Lunn 23 dekabr 1998-ci ildə Qudmedə anadan olub və Svendborq bələdiyyəsinin Oure kəndində boya-başa çatıb.
O, ibtidai məktəbdə oxuyarkən məktəb tamaşalarında çıxış etməyə başlayıb. Orta məktəbin 10-cu ilində isə bir il müddətinə teatr, rəqs və musiqi üzrə təlim keçdiyi musiqi və teatr internat məktəbinə daxil olub. İfaçı həmin dövrlə bağlı belə deyib: Əvvəl də çoxlu teatr fəaliyyətim olmuşdu... lakin bunun arxasındakı bütün texnika mənim üçün tamamilə yeni idi. Həm də ilk dəfə idi ki, gələcəkdə bəlkə də daha böyük bir şeyə çevrilə biləcək bir istedada sahib olduğumu hiss etdim".
İnternat məktəbindəki bu ili tamamladıqdan sonra o, Frederisiyada yerləşən ali incəsənət məktəbinin — Danimarka Milli Səhnə Sənətləri Məktəbinin (Den Danske Scenekunstskole) "Musiqili Akademiya" (Musicalakademiet) kimi də tanınan 3 illik musiqili teatr proqramına qəbul olub. Lund 17 yaşında bu musiqili teatr proqramına qəbul edilən ən gənc tələbə olub və 2019-cu ildə bakalavr dərəcəsi ilə məzun olub.
Karyerası Lund "West Side Story", "Dance of the Vampires" və "Kinky Boots" kimi musiqili teatr tamaşalarının yerli quruluşlarında rollar alaraq musiqi ifaçısı kimi fəaliyyətə başlayıb. O, 2021 və 2022-ci illərdə Kopenhagen Opera Evində "West Side Story" tamaşasında baş rol olan Toni obrazını canlandırıb. 2021-ci ildə Danimarkanın teatr mükafatı olan "Reumert"də istedad mükafatına layiq görülüb.
2023-cü ildə Lund, Avroviziya Mahnı Müsabiqəsi 2023 üçün Danimarkanın milli seçim turu olan "Dansk Melodi Grand Prix 2023"də iştirak edib. Orada onun "Lige her" mahnısı ilk üçlükdə yer ala bilməyib. Həmin il o, sözlərini özü yazdığı ilk sinqlı "Stor kunst"u yayımlayıb. 2024-cü ilin oktyabrında "Øjesten" adlı debüt EP-sini təqdim edib. 2026-cı ilin fevralında isə "Før vi går hjem" mahnısı ilə "Dansk Melodi Grand Prix 2026" müsabiqəsinin qalibi olub. Bununla da Lund, Avroviziya Mahnı Müsabiqəsi 2026-da Danimarkanın təmsilçisi olmaq hüququnu qazanıb. Final mərhələsinə vəsiqə qazandıqdan sonra o, 243 xalla 7-ci yeri tutub. O və komandası bəstəkarlıq fəaliyyətinə görə 2026-cı ilin "Marsel Bezenson" mükafatına layiq görülüb.
Şəxsi həyatı Syoren Torpeqaard Lunn homoseksual olduğunu açıq şəkildə bəyan edib. 2026-cı ilin may ayına olan məlumata görə, o, təxminən 9 ildir ki, sevgilisi ilə münasibətdədir və son 3 ildir ki, onunla nişanlanıb. Onlar Danimarka Milli Səhnə Sənətləri Məktəbində eyni musiqili teatr proqramında təhsil alarkən tanış olublar.
Diskoqrafiya 250px|thumb|right|Syoren Torpeqaard Lunn 2026-cı ildə
Musiqiləri + Genişləndirilmiş musiqilərin siyahısı Adı Təfərratları Øjesten Buraxılış tarixi: 25 oktyabr 2024 Leybl: Little Yellow House Format: Musiqi yükləmə, streaming
Sinqllar Adı İl Çatlarda ən yüksək mövqeyi Albom DEN "Lige her" 2023 — rowspan="3" Albom olmayan sinql "In a Perfect World" — "Stor kunst" — "De ting jeg hvisker" 2024 — Øjesten "En dreng som mig" — ":en:Før vi går hjem" 2026 4 Albom olmayan sinql
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri