Hacı Rauf Xanağa oğlu Sərdarov (1 yanvar 1971, Şağlaser, Lənkəran rayonunun ) — islamşünas, Cümə məscidi (Sumqayıt) icmasının sədri və axundu, Abşeron, Sumqayıt və Xızı bölgələrinin qazısı.
Həyatı və təhsili Rauf Sərdarov 1 yanvar 1971-ci ildə Lənkəran rayonunu Şağlaser kəndində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri 4 saylı tam orta məktəbdə almışdır. Ailəlidir, 3 övladı var.
1992-ci ildə Bakı İslam Universitetinə daxil olmuş və 1997-ci ildə axund-imam, islamşünas, tərcüməçi ixtisası üzrə ali təhsilini tamamlamışdır. Daha sonra İraqın Bağdad şəhərindəki “Mustənsəriyyə” İnstitutunda və Bağdad Universitetində təhsilini davam etdirmişdir.
Fəaliyyəti 1997-ci ildə Bakı İslam Universitetinin Mingəçevir filialında müəllim kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə Sumqayıt Cümə Məscidində imam müavini vəzifəsində çalışmışdır.
2006-cı ildə Sumqayıt Cümə Məscidinə imam (axund) vəzifəsinə təyin olunmuşdur. Hazırda Sumqayıt Cümə məscidi dini icmasının sədridir.Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov , Kanal7.az
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Abşeron, Sumqayıt və Xızı bölgələri üzrə qazisidir. Eyni zamanda Sumqayıt İctimai Şurasının idarə heyətinin və Sumqayıt Ağsaqqallar Şurasının üzvüdür. QMİ-nin nəzdində fəaliyyət göstərən "114 TV" internet kanalının direktorudur.
2015–2016-cı illərdə məscidin nəzdində Quran kursu təsis etmişdir. 2011-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Cümə məscidində əsaslı təmir və bərpa işləri aparılmışdır.Sumqayıt Cümə məscidində əsaslı təmirdən sonra yaradılan şərait, Azərtac
Sosial və xeyriyyəçilik fəaliyyəti COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə xeyriyyə aksiyalarının təşkilində, ehtiyacı olan ailələrə ərzaq və maddi yardımların çatdırılmasında, həmçinin aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsində iştirak etmişdir.
Kitabları “Həcc” “Ümrə” “Oruc tutanın yaddaş kitabçası”
Təltifləri “Yaşıl dünyamız və icmamız” respublika müsabiqəsinin ikiqat qalibi. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar.
İstinadlar
Həmçinin bax Sumqayıtda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb
Prezidentin imzaladığı təşəkkürnamələr din xadimlərinə təqdim olundu