Volfsberger Atletik Klub () — Karintiya əyalətinin Volfsberq şəhərində yerləşən peşəkar Avstriya futbol klubudur.

Klub həmçinin Volfsberger AK və ya VAK kimi tanınır

Komanda Avstriya futbolunun ən yüksək liqası olan Avstriya Bundesliqasında mübarizə aparır və sponsorluq səbəblərinə görə RZ Pellets WAK kimi tanınır.

1931-ci ildə qurulan "Volfsberger" XXI əsrdə şöhrət qazanmazdan əvvəl tarixinin böyük hissəsini aşağı divizionlarda keçirmişdir. 2007-ci ildən 2012-ci ilə qədər onlar "Sankt-Andra" İK ilə birgə fəaliyyət göstərmiş və VAK/Sankt-Andra kimi rəqabət aparmışlar. 2012-ci ildə klub Birinci Liqa titulunu qazanaraq ilk dəfə Bundesliqaya vəsiqəni təmin etdi və debüt etdiyi yüksək liqa kampaniyasında beşinci yeri tutdu.

"Volfsberger" özünü sabit bir Bundesliqa komandası kimi təsdiqlədi və bir neçə dəfə Avropa yarışlarına vəsiqə qazandı, xüsusən də 2018–19 Bundesliqasını üçüncü yerdə başa vurduqdan sonra 2019–20 UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi diqqətəlayiqdir. Klub 2025-ci ildə TSV Hartberq üzərində 1–0 hesablı qələbə qazanaraq Avstriya Kubokunu əldə etdi və ilk böyük titulunu qazandı.

Tarixi "Volfsberger AK" 1931-ci ildə Adolf Ptatskovski, Karl Veber, Hermann Mayerhofer, Frans Hafner və Mixael Şlaxer tərəfindən təsis edilmişdir. Mövcudluğunun ilk otuz yeddi ilini Avstriya liqa piramidasının aşağı pillələrində keçirdikdən sonra klub nəhayət 1968-ci ildə həmin dövrdə piramidanın ikinci pilləsi olan Avstriya Regionalliqasına yüksəldi. VAK 1977–78-ci illər mövsümündəki bir istisna olmaqla, növbəti on yeddi il ərzində bu səviyyədə qaldı və özünü turnir cədvəlinin ortalarında yer alan bir komanda kimi təsdiqlədi.

1984–85-ci illər mövsümünün sonunda "Volfsberger AK" nəhayət üçüncü səviyyəyə düşdü. Klub 1988–89 və 1990–91-ci illər mövsümlərində daha iki dəfə ikinci səviyyəyə qayıtsa da, hər dəfəsində dərhal aşağı liqaya düşdü. 1994-cü ildə klub piramidanın üçüncü pilləsi kimi yenidən fəaliyyətə başlayan Regionalliqanın qurucu üzvü oldu. Yeni liqada ilk bir neçə il yüksəlmək uğrunda mübarizə apardıqdan sonra klubun gücü tədricən zəiflədi və nəhayət 2001–02-ci illər mövsümünün sonunda aşağı liqaya düşməsinə səbəb oldu.

260px|thumb|"Volfsberger AK"ın liqa performansının tarixi qrafiki

2007-ci ildə VAK və qonşu "Sankt-Andra" İK əməkdaşlıq etmək qərarına gəldilər. Hər iki klub ayrı müəssisələr kimi qalsa da, onlar demək olar ki, bütün aspektlərdə sıx əməkdaşlıq edirdilər: "Hər iki klubun administrasiya, menecment, iqtisadiyyat, marketinq, qastronomiya kimi mərkəzi sahələri, həmçinin əsas hesab edilən atletika bölməsi (həm əsas, həm də gənclər komandaları) Volfsberqdə yeni yaradılmış VAK/Sankt-Andra ofislərindən mərkəzləşdirilmiş şəkildə idarə olunacaqdır. "Sankt-Andra" İK Regionalliqada oynadığı üçün komanda bu səviyyədən başladı və 2010-cu ildə oradan Birinci Liqaya yüksəldi. 2011–12-ci illər mövsümünün sonunda, birgə komanda oyunların bitməsinə bir tur qalmış Bundesliqaya vəsiqəni təmin etdi. Qısa müddət sonra əməkdaşlıq ləğv edildi; beləliklə "Volfsberger AK" tarixində ilk dəfə Avstriya futbolunun ən yüksək səviyyəsində müstəqil klub kimi mübarizə apardı.

Ən yüksək liqadakı ilk illərindən sonra onlar 5-ci oldular. Mövsümdən sonra baş məşqçi Nenad Byelitsa klubu tərk edərək 2012–13-cü illər mövsümünün çempionu "Austriya Vyana"nın baş məşqçisi oldu. Slobodan Qrubor onu əvəz etdi, lakin yeni mövsümdəki zəif çıxışlardan sonra o, Ditmar Kühbauer ilə əvəzləndi.

Komanda 2014–15-ci illər mövsümündən etibarən sponsorluq səbəbindən "RZ Pellets WAK" kimi tanınır.

"Volfsberger AK" 2018–19 Avstriya Futbol Bundesliqasında üçüncü yeri tutduqdan sonra tarixində ilk dəfə 2019–20 UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Onlar Premyer Liqa təmsilçisi Tottenhem Hotspur komandasına iki oyunun nəticəsinə görə 8–1 hesabı ilə uduzaraq 1/16 finalda mübarizəni dayandırdılar.

2024/25 mövsümündə "Volfsberger AK" sensasiyalı şəkildə Avstriya Kubokunu qazandı və son tura qədər çempionluq yarışında iştirak edərək Bundesliqada 4-cü yeri tutdu.

Nailiyyətləri

Daxili

Liqa 2. Liqa Qalib (1): 2011–12

Kubok Avstriya Kuboku Qalib (1): 2024–25

Avropa kuboklarında iştirakı Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Ümumi 2015–16 UEFA Avropa Liqası 2-ci Təs. mərh. Şaxtyor Soliqorsk 2–0 1–0 3–0 3-cü Təs. mərh. Borussiya Dortmund 0–1 0–5 0–6 2019–20 J Qrupu Roma 1–1 2–2 4 komanda arasında 4-cü Borussiya Münhenqladbax 0–1 4–0 İstanbul Başaqşəhər 0–3 0–1 2020–21 K Qrupu MOİK Moskva 1–1 1–0 4 komanda arasında 2-ci Dinamo Zaqreb 0–3 0–1 Feyenoord 1–0 4–11/16 final Tottenhem Hotspur 1–4 0–4 1–8 2022–23 UEFA Konfrans Liqası 3-cü Təs. mərh. Qzira Yunayted 0–0 4–0 4–0 Pley-off Molde 0–4 1–0 1–4 2025–26 UEFA Avropa Liqası 3-cü Təs. mərh. PAOK 0–1 (ə.v.) 0–0 0–1 UEFA Konfrans Liqası Pley-off Omoniya 2–1 0–1 (ə.v.) 2–2 (4–5 p.)

Heyət

Cari heyət

İcarəyə verilənlər

Klub rəsmiləri VəzifəHeyət Prezident Ditmar Riqler Vitse-prezident Xristian Puf Baş məşqçi İsmayıl Atalan Köməkçi məşqçi Hannes Yoxum Əsas komandanın məşqçisi Hannes Yoxum Əsas komandanın qapıçı məşqçisi Mario Krassnitser Fitnes məşqçisi Hannes Zauerşniq Atletika məşqçisi Marsel Kuster Video analitik Kristof Şrikker Komanda həkimi Anton Rossmann Torsten Lenart Bernhard Tatçl Fizioterapevt Yozef Rayner Masajçı Saşa Rodiç Marketinq heyəti Mixael Payer Komanda meneceri Florian Pessentayner Menecer Markus Perxtaler İdman koordinatoru Roman Ştari

Baş məşqçilərin tarixi Helmut Kirisits (7 aprel 1989 – 4 noyabr 1990, 7 iyun 1991 – 30 iyun 1991, 13 oktyabr 1992 – 17 oktyabr 1995) Hans-Peter Buxleytner (1 iyul 1995 – 30 iyun 1997) Peter Hrstiç (1 iyul 2007 – 26 oktyabr 2008) Hans-Peter Buxleytner (27 oktyabr 2008 – 9 may 2010) Nenad Byelitsa (10 may 2010 – 17 iyun 2013) Slobodan Qrubor (17 iyun 2013 – 1 sentyabr 2013) Ditmar Kühbauer (2 sentyabr 2013 – 25 noyabr 2015) Haymo Pfayfenberger (25 noyabr 2015 – 17 mart 2018) Robert İbertsberger (müvəqqəti) (18 mart 2018 – 31 may 2018) Kristian İltser (1 iyun 2018 – 30 iyun 2019) Qerhard Ştruber (1 iyul 2019 – 19 noyabr 2019) Məhəmməd Sahli (müvəqqəti) (20 noyabr 2019 – 31 dekabr 2019) Ferdinand Feldhofer (1 yanvar 2020 – 4 mart 2021) Roman Ştari (müvəqqəti) (4 mart 2021 – 31 may 2021) Robin Dutt (1 iyul 2021 – 5 mart 2023) Manfred Şmid (6 mart 2023 – 30 iyun 2024) Ditmar Kühbauer (1 iyul 2024 – 8 oktyabr 2025) Peter Pakult (13 oktyabr 2025 – 12 noyabr 2025) İsmayıl Atalan (12 noyabr 2025 – davam edir)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstriya futbol klubları Kateqoriya:1931-ci ildə Avstriyada yarananlar Kateqoriya:1931-ci ildə yaradılmış futbol klubları Kateqoriya:1931-ci ildə yarananlar