Ante Trumbiç (; ) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Yuqoslav və xorvat hüquqşünas və siyasətçi olmuşdur.

Bioqrafiyası Trumbiç Splitdə, Avstriyanın Dalmatiya əyalətində anadan olmuş və hüquq təhsilini Zaqreb, Vyana və Qrats şəhərlərində almışdır (1890-cı ildə doktorluq dərəcəsi əldə etmişdir). O, vəkil kimi fəaliyyət göstərmiş, daha sonra 1905-ci ildən Split şəhərinin meri olmuşdur. Trumbić Avstriya-Macarıstanın slavyan əyalətlərində mötədil islahatların tərəfdarı idi. Bu islahatlara Riyeka qətnaməsi ilə tələb edilən Dalmatiyanın Xorvatiya-Slavoniya Krallığı ilə birləşdirilməsi də daxil idi və Trumbić həmin sənədin hazırlanmasında iştirak etmişdir.

Sarayevoda sui-qəsddən sonra və Avstriya-Macarıstanın Serbiyaya hücumundan sonra Trumbiç Birinci Dünya müharibəsi dövründə görkəmli yuqoslav millətçi liderinə çevrildi və müttəfiq dövlətləri müstəqil Yuqoslaviyanın yaradılmasına dəstək verməyə çağıran Yuqoslav Komitəsina rəhbərlik etdi.Spencer Tucker. Encyclopedia of World War I: A Political, Social, and Military History. Santa Barbara, California, USA: ABC-CLIO, 2005. pp. 1189.

Trumbiç Serbiya Baş naziri Nikola Paşiç ilə danışıqlar apararaq Serbiya Krallığının Yuqoslaviya dövlətinin yaradılmasına dəstək verməsini təmin etdi. Bu razılaşma 20 iyul 1917-ci il tarixli Korfu Bəyannaməsi ilə rəsmiləşdirildi və serblər, xorvatlar və slovenlərdən ibarət vahid dövlət ideyasını irəli sürdü. Trumbiç 1918-ci ildə keçirilmiş və Cenevrə Bəyannaməsi (1918) ilə nəticələnən konfransda Yuqoslav Komitəsi nümayəndə heyətinə rəhbərlik etmişdir.

1918-ci ildə o, Serblər, xorvatlar və slovenlər krallığının ilk hökumətində xarici işlər naziri olmuşdur. Birinci Dünya müharibəsindən sonra keçirilən Versal konfransında Trumbiç Yuqoslaviya maraqlarını İtaliya Krallığının Dalmatiya üzərində ərazi iddialarına qarşı müdafiə etmişdir (bu məsələ 1920-ci ildə müvəqqəti həll olunsa da, sonradan Benito Mussolini dövründə yenidən gündəmə gəlmişdir).

Yuqoslaviya birliyini dəstəkləməsinə baxmayaraq, Trumbiç 1921-ci il konstitusiyasına qarşı çıxmış, onun həddindən artıq mərkəzləşdiyini və dövlət daxilində serb üstünlüyünü gücləndirdiyini hesab etmişdir. O, parlamentdə konstitusiyaya qarşı səs verən 35 nümayəndədən biri olmuşdur.Sabrina P. Ramet, The three Yugoslavias: state-building and legitimation, 1918–2005. Indiana University Press, 2006. (p. 57)

Trumbiç getdikcə Yuqoslaviya hökumətindən məyus olmuş və onu serb-dominant sistem kimi qiymətləndirmişdir. O, son dəfə 1927-ci il seçkilərində Xorvat Bloku (koalisiya) siyahısından Zaqrebi təmsil edərək seçilmişdir.

1929-cu ildə Kral I Aleksandr ölkədə siyasi böhranı dayandırmaq üçün dövlət çevrilişi etmiş, bütün siyasi partiyaları qadağan etmiş və dövlətin adını “Yuqoslaviya” olaraq dəyişdirmişdir. Trumbiç həmin dövrdə Zaqrebdə təqaüddə idi. 1932-ci ildə o, The Manchester Guardian qəzetinə verdiyi müsahibədə Xorvatiyanın Yuqoslaviyadan ayrılaraq Avstriya ilə birləşə biləcəyini müzakirə etmişdir.Bernd Jürgen Fischer, Balkan strongmen: dictators and authoritarian rulers of South Eastern Europe. Purdue University Press, 2007. (p. 79)

1932-ci ilin noyabrında Trumbiç Zaqreb Bəndlərini redaktə etmişdir.

1933-cü ilin aprelində Xorvat Kəndli Partiyası lideri Vladko Maçek həbs olunduqdan sonra Trumbiç və Yosip Predavets partiyanın müvəqqəti rəhbərləri olmuşdur.Alex N. Dragnich, The first Yugoslavia: search for a viable political system. Hoover Press, 1983. (p. 95)

Predavec-in 14 iyulda öldürülməsindən sonra Trumbiç Maçekin yoxluğunda partiyanın əsas rəhbəri olmuşdur.

Henri Pozziyə görə, Trumbiç sonradan Avstriya-Macarıstanın dağılmasından peşman olmuşdur.Henri Pozzi, Black Hand over Europe (La Guerre Revient...). F. Mott and Co, 1935.

İstinadlar

Xarici keçidlər FirstWorldWar.com biography of Ante Trumbić Leadership in Austria-Hungary during WWI

Kateqoriya:Xorvatiya siyasətçiləri Kateqoriya:Yuqoslaviya tarixi