Sədrəddin Babaş oğlu Əhmədov () — Sosialist Əməyi Qəhrəmanı (1984), əməkdar üzüm ustası.

Həyatı 1923-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1984), əməkdar üzüm ustası adlarını almışdır.

İkinci Dünya müharibəsinin iştirakçısıdır. Mozdokdan Avstriyaya qədər şərəfli döyüş yolu keçmişdir. 1947 ilin mart ayında ordudan tərxis olunaraq Quşçu kəndinə qayıtmış və o vaxtdan təsərrüfatın müxtəlif sahələrində çalışmışdır.

Lenin ordeni, Oktyabr İnqilabı ordeni, III dərəcəli Şöhrət ordeni və Şərəf Nişanı ordeni ilə təltif olunmuşdur.

2012-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri