Horiya Sima (; ) — ifrat sağçı Rumıniya siyasi xadimi. 1938-ci ildə həlak olmuş kapitan Korneliu Zelya Kodryanunu bu postda əvəz edən "Dəmir Qvardiya" (Legioner hərəkatı) təşkilatının ikinci və son rəhbəri.

1940-cı il San-Stefan müqaviləsi və ərazi itkilərindən sonra, sentyabr ayında "Dəmir Qvardiya" general Yon Antonesku ilə sıx əməkdaşlığa başlamışdır. Sima yeni yaradılmış hökumətdə baş nazirin müavini (vitse-premyer) və legioner hərəkatının rəsmi komandanı olmuşdur.

1941-ci ilin yanvarında baş verən legioner üsyanı zamanı Antonesku Hitleri özü ilə legionerlər arasında seçim etməyə məcbur etmişdir. Nəticədə, legionerlər dövlət rəhbərliyindən uzaqlaşdırılmış və Sima Rumıniyanı tərk etmək məcburiyyətində qalmışdır. Sima bir müddət Buxenvald həbs düşərgəsinin xüsusi bölməsində saxlanılsa da, 1942-ci ildə oradan qaçaraq İtaliyaya sığına bilmişdir.

1944-cü ildə, Antonesku rejiminin süqutundan sonra, o, Almaniyada yaradılan və Rumıniya ərazisinə heç vaxt nəzarət edə bilməyən qeyri-leqal, pərəstişkar "sürgündəki hökumətə" rəhbərlik etmişdir. Müharibədən sonra bir müddət Parisdə, daha sonra isə Fransisko Franko rejiminin hakimiyyətdə olduğu İspaniyada yaşamışdır. 1993-cü ildə Madriddə vəfat etmişdir.

İstinadlar

Həmçinin bax

Dəmir Qvardiya Yon Antonesku Korneliu Zelya Kodryanu Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları