thumb|Polşada nifrət nitqinə qarşı kampaniya şüarı olan SİM kart: "Sözlərin gücü var, onlardan müdrikcəsinə istifadə edin"
Nifrət nitqi — irq, cinsiyyət, yaş, millət, din və ya seksual orientasiya kimi amillərə əsaslanaraq, müəyyən bir qrupa və ya şəxsə qarşı nifrət ifadə edən, yaxud bu şəxslərə qarşı zorakılığı təşviq edən açıq (ictimai) çıxış və ifadə formalarıdır. Avropa Şurası Nazirlər Komitəsi 30 oktyabr 1997-ci il tarixli R(97)20 saylı Tövsiyə Qərarı ilə nifrət nitqini "irqçi nifrəti, ksenofobiyanı (xarici düşmənliyini), antisemitizmi və dözümsüzlüyə əsaslanan digər nifrət formalarını yayan, təşviq edən, müdafiə edən və ya qanuniləşdirən (haqlı göstərən) hər növ ifadə forması" kimi müəyyən edərək, bu cür bəyanatlarla mübarizədə beynəlxalq standart təyin etmişdir. Bu anlayışın hüquqi tərifi ölkədən ölkəyə fərqlənə bilər.
Nifrət nitqinə hədəf olan mövzular sırasına yuxarıda qeyd olunanlarla yanaşı dil, siyasi baxışlar, sosial-iqtisadi və sosial sinif, xarici görünüş, fiziki və ya zehni əlillik, peşə yaxud digər fərqləndirici xüsusiyyətlər də daxil ola bilər.
İstinadlar
Xarici keçidlər
TANDIS (Tolerance and Non-Discrimination Information System), developed by the OSCE Office for Democratic Institutions and Human Rights Reconciling Rights and Responsibilities of Colleges and Students: Offensive Speech, Assembly, Drug Testing and Safety From Discipline to Development: Rethinking Student Conduct in Higher Education Sexual Minorities on Community College Campuses The Foundation for Individual Rights in Education Activities to tackle Hate speech Survivor bashing – bias motivated hate crimes "Striking the right balance" by Agnès Callamard, for Article 19 Hate speech, a factsheet by the European Court of Human Rights, 2015 Recommendation No. R (97) 20 Committee of Ministers of the Council of Europe 1997
Kateqoriya:Psixoloji istismar Kateqoriya:Ayrı-seçkilik Kateqoriya:Senzura Kateqoriya:Nifrət cinayəti Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Linqvistik mübahisələr