Maja Staşko (; ) — Polşalı solçu, feminist fəal, ədəbiyyat nəzəriyyəçisi, köşə yazarı və yazıçı. O, eyni zamanda şou-biznes xarakterli döyüşlərdə (freak-fighter) idmançı kimi çıxış edib.

Həyatı Maja Staşko uşaqlıq illərində bədii gimnastika ilə məşğul olub. Poznan şəhərindəki Müqəddəs Mariya Maqdalena Liseyini bitirib.

Poznandakı Adam Mitskeviç Universitetində polyak filologiyası üzrə təhsil alıb. Polşa poeziyasının dili mövzusunda magistr dissertasiyasını müdafiə edib. Daha sonra həmin universitetin Polyak Filologiyası İnstitutunda doktorantura pilləsinə başlayaraq, 1989-cu ildən sonrakı Polşa poeziyasının tədqiqi ilə məşğul olub. Müasir poeziyaya dair bir sıra məqalələr dərc etdirib.

Cinsi zorakılığa məruz qalmış şəxslərə dəstək göstərən "Forget-Me-Not" (Məni unutma) Assosiasiyasının həmtəsisçisi olub. Şəxsən özü də zorakılıq qurbanlarına köməklik göstərib. Assosiasiyanın fəaliyyəti çərçivəsində bir dəb nümayişi təşkil edib. Bu nümayişdə modellər zorakılığa, o cümlədən təcavüzə məruz qaldıqları an əyinlərində olan geyimləri nümayiş etdiriblər.

"#MeToo" hərəkatında fəal iştirak edib. Şairə və yazıçı Yoanna Lex ilə birlikdə Polşa ədəbi mühitindəki seksizm mövzusunu gündəmə gətirərək, tərkibində Marius Grzebalski, Roman Honet, Yanus Rudniçki, Martin Şvetliçki və Kristof Varqa kimi isimlərin də yer aldığı "Seksistlərin Poeziya Lövhəsi"ni yaradıblar.

Instagram və Facebook sosial şəbəkələrində cinsi zorakılıq, sosial feminizm və istismar mövzularına toxunduğu şəxsi hesablar idarə edib. YouTube platformasında cinsi zorakılıq qurbanlarının öz həyat təcrübələrini paylaşa bilməsi üçün "Twoja Herstoria" (Sənin Tarixin) adlı kanal açıb. Bu kanalı 25 noyabr 2019-cu ildə "Gender Zorakılığına Qarşı 16 Günlük Fəallıq" kampaniyası çərçivəsində təsis edib.

2018-ci ildə Poznan yaxınlığındakı "Amazon" şirkətinin anbarında fiziki işçi kimi çalışıb. Bu təcrübə onu müəssisədəki ağır iş şəraitini qələmə almağa sövq edib və bu yazılarına görə işdən çıxarılıb.

2016-cı ildən "Razem" (Birlikdə) Partiyasının Poznan regional şöbəsinin üzvü olub. 2021-ci ildə partiyadan rəsmən ayrılıb. "Sosial Ombudsman" layihəsində Piotr Ikonowicz ilə əməkdaşlıq edib. Eyni zamanda feminist nümayişlərin təşkilatçısı kimi çıxış edib. Lodz Kino Məktəbində Roman Polanski ilə görüşə, Rusiyanın Ukraynaya təcavüzü zama 2024-cü ilin dekabrında Avropa Parlamentində çıxış edərək endometrioz və sonsuzluqla mübarizəsindən, eləcə də süni mayalanma (in vitro) xərclərinin dövlət tərəfindən qarşılanması proqramına olan ehtiyacdan danışıb.

"Ha!art", "Wakat", "EleWator", "Krytyka Polityczna" və "Codziennik Feministyczny" ilə əməkdaşlıq edib. "Gazeta Wyborcza", "Wysokie Obcasy", "Nowy Obywatel", "Dwutygodnik", həmçinin Onet.pl, Gazeta.pl, Wirtualna Polska və OKO.press portallarında yazıları dərc olunub. Onun əsərlərindən biri "Taun dövrünün şairələri" (Poetki na czasy zarazy) antologiyasına daxil edilib.

Maja Staşko 2026-cı ilin martında isə ailə həyatı qurub. Əsərləri Gwałt to przecież komplement”. Czym jest kultura gwałtu? (PDF). Warsaw: Staromiejski Dom Kultury. 2017. Archived from the original (PDF) on 25 July 2024. Gwałt polski. Warsaw: Wydawnictwo Krytyki Politycznej. 2020. ISBN 978-83-66586-28-4. Co-authored with Patrycja Wieczorkiewicz. Hejt polski. Krakow: Wydawnictwo Ha!art. 2022. ISBN 978-83-66571-58-7. Siostry w bólu. Historie o endometriozie. Wydawnictwo W.A.B. 2025. ISBN 9788384250525.

İstinadlar