Denni Hayneman mükafatı () — Göttingen Elmlər Akademiyası tərəfindən 1961-ci ildən bəri hər iki ildən bir alimlərə yenicə nəşr olunmuş görkəmli elmi işlərinə, xüsusən də yeni və aktual tədqiqat mövzularına görə təqdim edilən beynəlxalq elmi mükafat. Seçim zamanı təbiət elmləri və riyaziyyat ixtisasları (riyaziyyat, fizika, kimya, biologiya) üzrə gənc alimlərə üstünlük verilir.
Mükafat, anası əslən Almaniyadan olan amerikalı xeyriyyəçi, mühəndis və iş adamı Denni Haynemanın şərəfinə adlandırılmışdır. Mükafatın qalibi mütləq şəkildə Denni Haynemanın valideynləri tərəfindən əsası qoyulmuş Minna və Ceyms Hayneman Fondu () tərəfindən təsdiq edilməlidir.
Mükafatın pul mükafatı fondu 30 000 avro təşkil edir.
Bu mükafata layiq görülənlər arasında yeddi nəfər Nobel mükafatı laureatı da vardır.
Laureatların siyahısı
1961: Ceyms Frank — Biokimya 1963: Edmund Hlavka — Riyaziyyat 1965: Georq Vittiq — Kimya 1967: Martin Şvarsşild — Astrofizika 1967: Har Qobind Xorana — Biokimya 1969: Brayan Pippard — Fizika 1971: Nil Bartlett — Kimya 1973: İqor Şafareviç — Riyaziyyat 1975: Filip Uarren Anderson — Fizika 1977: Albert Eşenmozer — Kimya 1979: Fillip Griffits — Riyaziyyat 1981: Jak Fridel — Fizika 1983: Gerd Faltinqs — Riyaziyyat 1986: Rudolf Tauer — Biologiya 1987: Karl Aleksandr Müller — Fizika 1987: Georq Bednorts — Fizika 1989: Diter Esterhelt — Biokimya 1991: Jan-Pyer Demayi — Riyaziyyat 1993: Riçard Zare — Kimya 1995: Donald Eygler — Fizika 1997: Reqina Kamann — Biologiya 1999: Volfqanq Ketterle — Fizika 2001: Kristofer Kamminz — Kimya 2003: Maykl Noyberqer — Biologiya 2005: Riçard Teylor — Riyaziyyat 2007: Bertran Halperin — Fizika 2009: Cerald Coys — Biologiya 2012: Kşiştof Matyaşevski — Kimya 2013: Emmanuel Candes — Riyaziyyat 2015: Andrea Kavalleri — Fizika 2018: Andre Qreşel — Kimya 2019: Oskar Rendal-Uilyams — Riyaziyyat 2021: Viola Prizeman — Fizika / Epidemioloji modelləşdirmə 2024: Mayuko Yamaşita — Riyazi fizika
İstinadlar
Həmçinin bax
Göttingen Elmlər Akademiyası Nobel mükafatı