Faiqə bint Fuad (; ) — Misir və Sudan kralı I Fuadın qızı.

1926-cı ildə İsgəndəriyyədəki Ras əl-Tin sarayında dünyaya gəldi. Atası Misir və Sudan kralı I Fuad, anası isə onun ikinci xanımı Nazlı Səbridir. 1936-cı ildə atası vəfat etdi və böyük qardaşı I Faruq taxta çıxdı. 1948-ci ildə anasının səhhətiylə bağlı bacısı Fəthiyyə ilə birlikdə ABŞ-a səyahət etdi.

5 aprel 1950-ci ildə San-Fransiskoda əslən Misirli olan Fuad Sadiqlə evləndi. Qardaşı I Faruq narazı olsa da, bu evliliyə icazə verdi. Cütlük Qahirəyə çağırıldı və 4 iyunda Qübbə sarayında dini mərasimlə təkrar evləndilər. Mərasimin ardından Nil çayı sahilindəki Dokka sarayında yaşayan cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Fuad Sadiq İsmayıl Sadiq Fövqiyyə Sadiq Fəhimə Sadiq

Cütlük 1952-ci ildə Yay Olimpia Oyunları səbəbilə Helsinkiyə getdi. Ancaq bu əsnada Qahirədə inqilab baş tutdu və 1952 Misir inqilabı nəticəsində qardaşı I Faruq taxtdan endirildi. İnqilabın ardından Qahirəyə çağırıldılar və bütün mal-mülkləri müsadirə edildi. 1960-cı illərin ortalarında Livana, ardından Səudiyyə Ərəbistanına köçdülər.

Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdi və 1983-cü ildə Qahirədə vəfat etdi.

Mənbə

Ədəbiyyat

M. Epstein, ed. (1926). The Statesman's Year-Book. London: Palgrave Macmillan. p. 811. ISBN 978-0-230-27058-9 Arthur Goldschmidt (2000). Biographical dictionary of modern Egypt. Boulder, CO; London: Lynne Rienner Publishers. p. 191. ISBN 1-55587-229-8 Montgomery-Massingberd, Hugh, ed. (1980). "The French Ancestry of King Farouk of Egypt". Burke's Royal Families of the World. Vol. II: Africa & the Middle East. London: Burke's Peerage. p. 287. ISBN 978-0-85011-029-6

İstinadlar

Kateqoriya:Misir müsəlmanları Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri