Qotfrid Vilhelm Leybnits mükafatı (), qısaca Leybnits mükafatı — Alman Tədqiqat Fondu ( — Abr: DFG) tərəfindən alman alimlərini dəstəkləmək məqsədilə verilən mükafatdır. Adını alman polimat, filosof və alim Qotfrid Vilhelm Leybnitsdən (1646–1716) alan bu mükafat 1986-cı ildən bəri hər il Almaniyadakı bir tədqiqat müəssisəsində və ya xaricdəki bir alman elmi-tədqiqat institutunda fəaliyyət göstərən fərdlərə və ya tədqiqat qruplarına verilir (ildə ən çox on mükafat təqdim olunur). Leybnits mükafatı Almaniyadakı ən nüfuzlu elmi tədqiqat mükafatı hesab olunur. Mükafat ilk dəfə Alman Tədqiqat Fondunun sədri Eugen Zeybold tərəfindən təsis edilmişdir.
Leybnits mükafatı çərçivəsində eksperimental sahədə fəaliyyət göstərən alimlərə 2,5 milyon avro (2006-cı ilə qədər 1,55 milyon avro), nəzəriyyəçi alimlərə isə 755 000 avro pul mükafatı təyin edilmişdir. Bu xüsusiyyətinə görə Leybnits mükafatı elmi dəstəkləmək məqsədilə beynəlxalq səviyyədə verilən ən yüksək məbləğli pul mükafatıdır. Mükafat fondu yeddi il ərzində (2006-cı ilə qədər 5 il) layihələrlə əlaqədar olaraq və elmi inkişafı dəstəkləyəcək şəkildə istifadə edilməlidir.
Leybnits mükafatının laureatlarından bəziləri aşağıdakılardır: Kristiana Nüslayn-Volhard (1986), Ditrix Dörner (1986), Hartmut Miçel (1986), Yurgen Habermas (1986), Bert Sakman (1987), Ervin Neyer (1987), Günter Hotz (1989), Yurgen Mittelştras (1989), Siqrid Peyerimhof (1989), Teodor Henş (1989), Bert Höldobler (1990), Diter Fenske (1992), Svante Peebo (1992), Peter Qrass (1994), Gerd Faltings (1996), Diter Lüst (2000) və Stefan Hell (2008).
İstinadlar
Xarici keçidlər
Official description Recipients (in German)
Kateqoriya:Elmi medal və mükafatlar Kateqoriya:Leybnits mükafatı laureatları Kateqoriya:Almaniyanın elmi medal və mükafatları Kateqoriya:Qotfrid Leybnits