Yasəmən Özata Çətinqaya (; ) — türk bürokratı.

O, 16 fevral 2015-ci ildən 16 iyul 2016-cı ilədək Sinop valisi vəzifəsində çalışıb. Həmin tarixdə o, vəzifəsindən kənarlaşdırılaraq, Türkiyə Ordusunda polkovnik olan həyat yoldaşı isə 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddə iştirak etmək ittihamı ilə həbs edilib.

Həyat və fəaliyyəti Yasəmən Özata 1976-cı ildə Ankarada anadan olub, ibtidai və orta təhsilini doğma şəhərində tamamlayıb. 1996-cı ildə Ankara Universitetinin Politologiya fakültəsinin Dövlət idarəçiliyi ixtisasından bakalavr dərəcəsi ilə məzun olub.

Daxili İşlər Nazirliyinə daxil olaraq karyerasına Kırıkkalede kaymakam kimi fəaliyyətə başlayıb. Bu müddət ərzində o, Böyük Britaniyada səkkiz aylıq dil kursunda iştirak edib. Vətəninə qayıtdıqdan sonra İspartanın Gönən ilçəsinə kaymakam müavini təyin edilib. Ankara Universitetində magistr dərəcəsini aldıqdan sonra Özata kaymakam statusuna yüksələrək, Rizə ilinin Kalkandərə, Ağrı ilinin Hamur və Biləcik iliin Gölbazarı ilçələrində xidmət edib. 2008–2011-ci illərdə Batman ilinin vali müavini, 2011–2013-cü illərdə Kayseri ilinin Hacılar ilçəsində kaymakam, 2013–2015-ci illərdə isə Kayserinin Talas ilçəsində kaymakam olub. 2012-ci ildə Karadeniz Texniki Universitetində İqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

Yasəmən Özata Çətinqaya, 16 fevral 2015-ci ildə Sinop ilinin valisi təyin edilib. 6 mart 2015-ci ildə fəaliyyətinə başlayan Çətinqaya, Türkiyənin tarixində üçüncü qadın il valisi olub.

Türkiyə Ordusunun zabiti ilə ailəli olan Yasəmən Özata Çətinqayanın üç qızı var.

İstinadlar