Zəhra Nəşə Kavaq (; ) — türk həkim, yazıçı, alim və iş insanı,"Academic Group"un İdarə Heyətinin sədri,İstanbul Kent Universitetinin qurucu rektoru. O, Türkiyə Futbol Federasiyasının vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, FİFA və UEFA ilə Əlaqələr, Xarici Əlaqələr və Səhiyyə İşlərindən Məsul İdarə Heyətinin, FİFA və UEFA Səhiyyə Komitəsinin üzvüdür. Həyatı Kavaq İstanbulun Kısıklı məhəlləsində dünyaya gəlib. 1986-cı ildə Cərrahpaşa Tibb fakültəsindən məzun olan Zəhra Kavaq, 1987-ci ildə tibbdə uzmanlıq imtahanından sonra, Zeynəb Kamil Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında qadın xəstəlikləri və doğum üzrə rezidentura təhsilinə başlayıb. 1990–1991-ci illərdə Londonda yerləşən Müqəddəs Tomas xəstəxanasında çalışıb. 1996-cı ildə Mərmərə Universiteti Tibb fakültəsində dosent elmi adını alıb, 2000–2001-ci illərdə fasilələrlə Londondakı London Kral Kollecinin xəstəxanasında perinatologiya sahəsi üzrə tədqiqatlar aparıb. 2004-cü ildə Londonda yerləşən London Kral Kolleci xəstəxanasından Fetal Tibb diplomunu alıb. 2001-ci ildə Mərmərə Universiteti Tibb fakültəsi xəstəxanasında Fetal Tibb şöbəsini qurmuş, elə həmin il professor elmi adını alaraq, baş həkim vəzifəsinə təyin edilib. 2002–2006-cı illərdə Mərmərə Universitetinin müşaviri vəzifəsini icra edib. 2002-ci ildə Mərmərə Universiteti Tibb fakültəsi Xəstəxanasında Qadın Xəstəlikləri və Doğum kafedrasının müdiri vəzifəsinə seçilib. 2002–2012-ci illərdə isə Perinatologiya Elmi Bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Beynəlxalq jurnallarda dərc olunmuş 72, yerli jurnallarda dərc olunmuş 105 məqaləsi, rəhbərlik etdiyi və tamamlanmış 11 assistent ixtisas, həmçinin 98 xarici tezisi olan Kavaq, dünyanın müxtəlif ölkələrinə perinatologiya ilə bağlı beynəlxalq konfranslarda çıxış etmək üçün 68 dəfə dəvətdə olub. O, bir çox yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

İstanbul Kent Universitetinin qurucu rektorudur. 2017-ci ildə isə İstanbul Kent Universitetinin rektoru vəzifəsinə təyin edilib. Ailəsi Mehmed Cavid Kavaq (Ana Vətən Partiyasının təsisçi üzvü və keçmiş dövlət naziri) ilə olan evliliyindən Mehmed və Həsən Kavaq adlarında iki övladı var.

Nailiyyətləri Zəhra Nəşə Kavaq perinatologiya sahəsindəki fəaliyyətlərinə görə 2005-ci ilin sentyabrında "Dünya Perinatologiya Assosiasiyası"nın İdarə Heyətinə seçilən ilk türk həkimdir və "Fetus as a Patient Society"nin idarə heyətinin üzvüdür. Əsas tədqiqat mövzusu hamiləlikdə 3D-4D ultrasonoqrafiyanın istifadəsi və hamiləlikdə invaziv müdaxilələr olan Zəhra Kavaqın bu mövzularda ingilis dilində nəşr olunmuş 8 tibbi kitabı nəşr olunub. 2007-ci ilin aprelində qonaq professor olaraq mühazirə oxumaq üçün Nyu-Yorkdakı Kornell Universitetinə dəvət edilib. 2004-cü ildə Eynşteyn və Oppenheymer tərəfindən qurulan Dünya Elm və Sənət Akademiyasına üzv olub, 2008-ci ildə isə Akademiyanın qəyyumlar şurasının üzvü seçilib. O, bu vəzifələrə seçilən ilk türkdür.

Mükafatları Quality of Magazine Jurnalı "İlin Uğurlu Elm Qadını" mükafatı 2015 İstanbul Lions klubları Fəxri mükafatı (2013) Samsun Sənaye Palatası Fəxri mükafatı (2013) Dünya Elm və Sənət Akademiyası İdarə Heyətinin üzvü (2010) Türkiyənin 7 Möcüzəvi Qadınından biri mükafatı (Elele jurnalı, 08/03/2010) Brilliant Qəlb mükafatı (Hello jurnalı 08/03/2009) İlin Ən uğurlu On Qadınından biri mükafatı (08/03/2008 Milliyet Qəzeti) Təbabətdə Uğur mükafatı, Lions klubları, 8 mart 2008 Rumıniya Perinatologiya Cəmiyyətinin Fəxri üzvü, noyabr 2007 Tibb Sahəsində Müstəsna Uğur mükafatı, 8 Mart 2007 Lions klubları Türkiyə Respublikası Səhiyyə Nazirliyi Mamalıq-Ginekologiya Strategiyaları Elm Komitəsi (2007) Baş katib kimi fəaliyyət göstərdiyi TİKAD (Türk İş Qadınları Dərnəyi) TBMM üstün uğur mükafatı 2006 İlin Elm Qadını mükafatı GESIAD 2006 Səhiyyə sahəsində cəmiyyətə töhfə mükafatı, 2006, Süleyman Dəmirəl Universiteti Melvin Cons mükafatı 2006 Son 30 İlin ən vacib 30 Qadını – 2006 – Elele jurnalı. İstinadlar

Xarici keçidlər Academic Hospital web sitesindeki biyografisi Türkiye doktorları web sitesinde Zehra Neşe Kavak İngilizce biyografisi Çalıştığı yer