thumb|300px|Bakıda dərin nasosla neft hasilatı thumb|300px|Əsrin müqaviləsinin 30 illiyinə həsr edilmiş poçt markası Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahədir. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.

Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.

Tarixi

Erkən tarixi 200px|thumb|right|İçərişəhər Cümə məscidinin minarəsinin ətəyindəki daş kitabələr Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

İçərişəhər Cümə məscidinin minarəsinin aşağı hissəsindəki divar daşının üzərində həkk edilmiş kitabə Elxani hökmdarı Məhəmməd Ulcaytunun yarlığının məzmununu çatdırır və ehtimal ki, sultanın Bakıya gəldiyi 1309-cu ilə aiddir. Elxanilər dövlətinin tərkibində olan Bakının (mətndə "Bakuyə") bir sıra vergilərdən, o cümlədən, neftlə bağlı vergidən azad olması burada qeyd edilmişdir.Ашурбейли, 1992, с. 137.

XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.

XVI əsrin əvvəllərində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.

1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.

XIX əsr thumb|"Balaxanıda neft fontanı" filmindən kadr. 1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda iki quyudan neft çıxarmağa başlamışdır. Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.

1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir. Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.

Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi."Azerbaijan's Oil History: A Chronology Leading up to the Soviet Era " Azerbaijan International, summer 2002. Lakin ilkin olaraq "aut zərbələr" Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cı ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda "Branobel" adlı ilk neft şirkətini təsis etdilər. 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi."Azerbaijan's Oil History: A Chronology Leading up to the Soviet Era " Azerbaijan International, summer 2002.

1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli "Zərdüşt" paroxodu tikilib istifadəyə verilmişdir. 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır. 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q. V. Alekseyev, Bakıda (S. M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.

1892-ci ildə alman mühəndis-konssioneri Y. İ. Eger ilk dəfə naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır. Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, ABŞ-yə, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı. Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — "Maqdenbuq — Naftalan", "Drezden — Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı. Naftalan neftinin reklamı ilə əlaqədar Alman dermotoloqu Pol Gerson Unna 1903-cü ildə demişdir:

Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi. O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi. 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdi.

XX əsr thumb|XIX əsrdə Bakıda neft yataqları Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.

1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu. 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı əmək bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.

1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi. Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi. Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdı. Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi. Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi. thumbnail|Bibiheybətdə ilk neft yatağları 1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı. Azərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi. 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin. Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.

Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər. Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M. E. Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi. Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A. Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər. Onlar verdikləri sözə əməl etdilər. 1921–1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.

1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№ 71) sənaye üsulu ilə neft alınmışdır. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.

1929–1934-cü illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir. Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür. 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır.