thumb|right|Vali Lalə Aytaman, Prezident Turqut Özal ilə. Qovaqlıdərə, Muğla, 16 avqust 1991 Lalə Aytaman (; ) — türkiyəli bürokrat və siyasətçi. Türkiyənin ilk qadın valisi olaraq 1991-1995-ci illərdə Muğlada fəaliyyət göstərib. Təhsili Lalə Aytaman İstanbulda Avstriya Liseyini bitirdikdən sonra, 1962-ci ildə "American Field Service" tələbə mübadiləsi proqramı ilə bir il Amerika Birləşmiş Ştatlarında qalıb. İstanbul Universitetinin Alman dili və ədəbiyyatı fakültəsindən məzun olduqdan sonra, Almaniyanın Hamburq şəhərində magistr təhsili alıb. Ailə həyatı Atası 1975–1980-ci illərdə Kocaeli senatoru kimi Respublika Senatında fəaliyyət göstərmiş Abdullah Kösəoğlu, anası isə Müqəddər xanımdır. Keçmiş baş nazir Nihad Erim, Lalə Aytamanın dayısıdır. O, təqaüddə olan fövqəladə və səlahiyyətli səfir Reha Aytaman ilə evlidir.

Valilik dövründə yaşadığı xatirələrini "Turkuvaz kitab" nəşriyyatından işıq üzü görən "İynəli kresloda dörd il yarım" adlı kitabında toplayıb.

Karyerası Lalə Aytaman Ankara və Boğaziçi Universitetlərində alman dilindən dərslər verib. 6 iyul 1991-ci ildə Prezident Turqut Özal tərəfindən Muğla valisi vəzifəsinə təyin edilib və bu vəzifəni 1995-ci ilə qədər davam etdirib. 1994-1995-ci illərdə Muğla valisi olaraq Avropa Şurası Yerel və Regional Planlaşdırmalar Konqresinin Türk Milli Heyətinin sədri vəzifəsini icra edib, "Avropa Planlaşdırmaları İşçi Qrupu"nun sədr müavini olub. Muğla vilayətində qadın əməyinin dəyərləndirilməsi və tütünə alternativ layihələrin hazırlanması çərçivəsində, ənənəvi toxuculuğun qorunması üçün "Yeşilyurt Modeli"ni yaradaraq, MELSA-nı (Muğla Əl Sənətləri) təsis edib. Muğla Universitetinin yaradılması və ətraf mühitlə bağlı fəaliyyətləri ilə seçilmiş bürokratdır.

1995-ci ildə Ana Vətən Partiyasından Muğla millət vəkili seçilib. Türkiyə Böyük Millət Məclisinin Qadınların Statusunun Araşdırılması Komissiyasının sədri vəzifəsində çalışıb. TBMM ANAP Qrup İdarə Heyətinin üzvlüyünə və ANAP Mərkəzi Qərar və İdarə Heyətinin üzvlüklərinə seçilib. Avropa Şurası Parlament Assambleyası və Qərbi Avropa Birliyi Milli Nümayəndə Heyətinin üzvü olub. AŞPA-da komissiya sədrliyinə seçilən ilk türk millət vəkili olaraq "Ətraf Mühit, Yerli və Regional Səlahiyyətli Orqanlar Komissiyası"nın sədri olub. O, hal-hazırda AŞPA-nın fəxri üzvüdür. İstinadlar

Kateqoriya:Türkiyə qadın akademikləri