Ruslan Şamiloviç Çağayev (; ) — ağır çəki dərəcəsində çıxış etmiş tatarmənşəli Özbəkistan peşəkar boksçusu.

Həvəskar boksçular arasında ikiqat dünya çempionu (1997, 2001) olmuşdur. 1998-ci ildə ağır çəkidə həvəskarlar arasında Asiya və dünya çempionu adını qazanmışdır. 91 kq-adək çəki dərəcəsində XXVII Yay Olimpiya Oyunlarında Özbəkistan yığma komandasının üzvü kimi iştirak etmiş və dörddəbir finalda məğlub olmuşdur.

2007–2009-cu illərdə WBA versiyası üzrə ağır çəkidə dünya çempionu tituluna sahiblik etmişdir.WBA больше не сомневается в чемпионском титуле Валуева на сайте NewsRu.com 2014–2016-cı illərdə və yenidən 2016-cı ildə WBA versiyası üzrə ağır çəki dərəcəsində müntəzəm dünya çempionu olmuşdur. 2013-cü ildə PABA versiyası üzrə Asiya çempionu adını qazanmışdır.

BoxRec saytının bütün zamanların ən yaxşı Asiya boksçuları reytinqində, çəki dərəcəsindən asılı olmayaraq, Çağayev 7-ci pillədə qərarlaşmışdır. BoxRec-in məlumatlarına görə, Çağayev 2004-cü ildən 2013-cü ilədək ardıcıl səkkiz il ərzində dünyanın ən yaxşı on ağır çəkili boksçusu siyahısında yer almış, 2005-ci ildən 2007-ci ilədək isə planetin ən güclü üç ağır çəkili boksçusundan biri hesab edilmişdir.

Həvəskar karyerası Ruslan Çaqayev həvəskar karyerası ərzində ikiqat dünya çempionu adını qazanmışdır. O, 1995-ci ildə ağır çəki dərəcəsində həvəskarlar arasında Asiya çempionu olmuşdur. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında Özbəkistanın olimpiya yığma komandasının heyətində iştirak etmiş, lakin Almaniya təmsilçisi Luan Krasniçiyə 4-12 hesabı ilə məğlub olmuşdur. Həmin il Havanada təşkil olunan gənclərin dünya çempionatında ağır çəkidə Ermənistan idmançısı Marat Tovmasyanı üçüncü raundda texniki nokautla məğlub etmiş, lakin kubalı Yurkis Sterlinə 11-14 hesabı ilə uduzaraq bürünc mükafatçı pilləsinə yüksəlmişdir.

1997-ci ildə Budapeştdə keçirilən dünya çempionatında ağır çəki dərəcəsində bütün rəqiblərini, o cümlədən Belarusdan Sergey Dıçkovu, İtaliyadan Cakobbe Fraqomenini, Almaniyadan Mayk Henkeni və kubalı boksçu Feliks Savonu məğlub edərək çempion olmuşdur. Turnirdən əvvəl iki peşəkar döyüş keçirdiyi üçün titulu əlindən alınmışdır, lakin həmin qarşılaşmaların nümayiş xarakterli olduğu qəbul edildikdən sonra çempionluq hüququ bərpa edilmişdir. Ümumilikdə, Çaqayev həvəskar boksda keçirdiyi 85 döyüşdən 82-də qələbə qazanmışdır. 1998-ci ildə Banqkokda keçirilən Asiya çempionatında pakistanlı Müzəffər İqbal Mirzəni birinci raundda məğlub edərək qızıl medala sahib olmuşdur.

1999-cu ildə Hyustonda təşkil olunan dünya çempionatında Özbəkistanı təmsil edərək Yeni Zelandiyadan Qart da Silvanı və Avstraliyadan Devid Terneri məğlub etmiş, lakin Feliks Savonla təkrar qarşılaşmada 1-9 hesabı ilə məğlubiyyətə uğramışdır. Həmin il o, həmçinin Asiya Oyunlarının qızıl medalını qazanmışdır. 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında Ukrayna boksçusu Aleksandr Yasenkonu 15-2 hesabı ilə məğlub etmiş, ancaq növbəti mərhələdə Gürcüstan təmsilçisi Vladimir Çanturiyaya 12-18 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdır. 2001-ci ildə Belfastda keçirilən dünya çempionatında ağır çəkidə macarıstanlı Kurtuzs Skaba, almaniyalı Vitali But və finalda ukraynalı Aleksey Mazikini vaxtından əvvəl məğlub edərək yenidən qızıl medalı özünə qaytarmışdır.

Peşəkar karyerası Dünya Çempionatından dərhal sonra Çaqayev birdəfəlik peşəkar karyeraya keçid etmişdir.

2001–2005 thumb|200px|Üçüncü qarşılaşmasında amerikalı cornimen Everett Martini karyerasını başa vurmağa məcbur etmişdir.

Aktivində 5 qələbə olan Ruslan Çaqaev, Rob Kellouey (43-3) ilə qarşılaşmışdır. Görüşü rahat şəkildə üstünlüklə idarə edən Çaqayev Kelloueyi ayaqüstü nokdauna salmış və nokautun qeydə alınmasına bir neçə saniyə qaldığı təəssüratı yaranmışdır, lakin referi, qəsdən edilməyən baş toqquşması nəticəsində Kelloueydə yaranan kəsiklərə görə döyüşü dayandırmış və texniki heç-heçə qeydə almışdır. Bu hadisədən sonra Ruslan Çaqayev məğlubedilməz Zek Qremi üçüncü raundda texniki nokautla, Daniel Frankı isə ikinci raundda nokautla məğlub etmişdir.

Daha sonra o, olduqca çətin rəqib hesab olunan Sedrik Filds ilə qarşılaşmışdır. Bu, Çaqayevin "Universum" promouter şirkətinin bayrağı altında keçirdiyi ikinci döyüş olmuşdur. Bərabər səviyyədə keçən qarşılaşmada hakimlərin Çaqaevin xeyrinə verdiyi qərar tamaşaçılar tərəfindən fit sədaları ilə qarşılanmışdır.

İki döyüşdən sonra, ondan əvvəl Rusiya təmsilçisi Aleksey Varaxini məğlub edən Ruslan Çaqayev Fildsi artıq ikinci raundda təmiz nokautla məğlub edərək tam revanş götürmüşdür.

Növbəti qarşılaşmada Çaqayev dözümlü döyüşçü hesab edilən Gerinq Leyni beşinci raundda nokauta salaraq zərbə gücü ilə yenidən diqqəti cəlb etmişdir. Bu qələbədə qaraciyər nahiyəsinə vurulan zərbələr həlledici rol oynamışdır. Özbəkistan boksçusunun növbəti uğurları arasında təcrübəli cornimen Şerman Vilyams üzərində xal hesabı ilə qazanılan qələbəni xüsusi qeyd etmək mümkündür.

Bundan sonra tanınmış boksçular üzərində qələbə seriyası davam etmişdir. Bu silsiləyə Rob Kellouey ilə keçirilən revanş döyüşü də daxil olmuşdur. Çaqaev bu dəfə rəqibini elə ikinci raundda nokauta uğratmış və karyerasındakı yeganə mübahisəli nəticəni aradan qaldırmışdır.

Çempionluq tituluna doğru irəliləyən Çaqaev daha iki ciddi rəqibi — Ukrayna təmsilçisi Vladimir Virçisi və tanınmış ingilis boksçu Maykl Sprottu məğlub etmişdir.

2006–2011-ci illər Con Ruis ilə seçmə döyüş 18 noyabr 2006-cı il tarixində WBA versiyası üzrə iddiaçı döyüşündə Çaqaev, keçmiş dünya çempionu Con Ruisi hakimlərin müxtəlif qərarları ilə məğlub etmişdir. Görüş hər raundda daha dəqiq zərbələr endirən Ruslan Çaqayevin cüzi üstünlüyü ilə keçmişdir. Ruis bu döyüşdə rəqiblərini klinçlərdə yoraraq zəiflətmək barədəki ənənəvi taktikasından imtina etmiş, davamlı olaraq qarşılıqlı zərbə mübadiləsinə üstünlük vermişdir. Bununla belə, qarşılaşma boyu hər iki boksçu üçün real təhlükəli vəziyyət yaranmamışdır. Yekunda döyüşün taleyini hakimlər müəyyənləşdirmişdir. Hakimlərdən biri gözlənilmədən qələbəni 115–114 hesabı ilə Con Ruisə vermişdir, lakin digər iki hakim Çaqayevin daha güclü tərəf olduğunu qeyd etmiş, 117–111 və 116–112 hesablı qərarlar qəbul etmişdir.

Nikolay Valuyev ilə çempionluq döyüşü thumb|300px|Ruslan Çaqayev Nikolay Valuyevə yumruq zərbəsi endirən zaman.

Ruslan Çaqayevin növbəti rəqibi dünya çempionu titulu uğrunda mübarizədə Rusiya boksçusu Nikolay Valuyev olmuşdur. Döyüş 14 aprel 2007-ci il tarixində Almaniyanın Ştutqart şəhərində yerləşən"Porşe-Arena"da baş tutmuşdur. Çaqayev məcburi iddiaçı statusuna malik idi və bu qarşılaşma qaçılmaz xarakter daşıyırdı. Görüşə qədər hər iki boksçu məğlubedilməz statusunu qoruyurdu. Ruslan Çaqayev bütün döyüş boyu üstünlüyü əlində saxlamışdır. 12 raundluq mübarizənin nəticələrinə əsasən, xal hesabı ilə qələbə qazanan Ruslan Çaqayev çempionluq titulunu Nikolay Valuyevdən təhvil almışdır. Nikolay Valuyev qarşılaşmadan sonra hakimlərin qərarı ilə razılaşmış və bunu Ruslan Çaqayevin fiziki hazırlığının yüksək səviyyədə olması ilə əlaqələndirmişdir.

Sultan İbrahimov ilə mümkün döyüş 2007-ci ildə Moskvada WBA versiyası üzrə dünya çempionu Ruslan Çaqayev ilə WBO versiyası üzrə dünya çempionu Sultan İbrahimov arasında titulların birləşdirilməsi döyüşünün keçirilməsi planlaşdırılmışdır. Bu, 1999-cu ildən bəri ilk, ABŞ ərazisindən kənarda təşkil olunan ilk və amerikalı boksçunun iştirak etmədiyi ilk titulların birləşdirilməsi döyüşü olmalı idi, lakin Çaqayevdə hepatit xəstəliyinin aşkarlanması səbəbindən qarşılaşma təxirə salınmışdır.

Tituldan məhrum edilmə Çempionluq titulunu qazandıqdan sonra Çaqayev səhhətindəki problemlər səbəbindən rinqə daha az çıxmağa başlamış və iki il ərzində cəmi iki döyüş keçirmişdir. O, Mett Skelton və məğlubedilməz Karl Devis Dramond ilə qarşılaşmalarda titulunu qorumuşdur. Döyüşlərin bu dərəcədə seyrək keçirilməsinə görə WBA tərəfindən Çaqayevə "məzuniyyətdə olan çempion" statusu verilmişdir.

Vladimir Kliçko ilə çempionluq döyüşü Səhhətdəki problemlər səbəbindən Çaqaevin tituluna məcburi iddiaçı olan Nikolay Valuyev ilə revanş döyüşü baş tutmamışdır. Bu qarşılaşmanın keçirilməsinin qeyri-mümkün olması əsası ilə Çaqayev çempionluq adından məhrum edilmişdir. Az sonra digər aparıcı boksçu Vladimir Kliçko da analoji olaraq rəqib seçimi problemi ilə qarşılaşmış və Çaqayev ilə Vladimir qısa müddətdə birgə döyüş barədə müqavilə imzalamışdılar. Hər iki boksçu reytinqlərdə yüksək mövqelərdə qərarlaşdığı üçün bu döyüşdə Kliçkonun kəmərləri ilə yanaşı, "The Ring" jurnalının vakant çempionluq titulu uğrunda da mübarizə aparılmışdır. Assosiasiya titulların birləşdirilməsi döyüşünə sanksiya vermədiyi və qarşılaşmadan əvvəl Çaqayevi tituldan məhrum etdiyi üçün WBA kəməri bu döyüşdə oynanılmamışdır.

20 iyun 2009-cu il tarixində Ruslan Çaqayev WBO və IBF versiyaları üzrə dünya çempionu Vladimir Kliçko ilə rinqə çıxmışdır.

Döyüşün keçirildiyi vaxtda Ruslan Çaqayev WBA versiyası üzrə qüvvədə olan çempion hesab olunmuşdur, lakin WBA bu döyüşü sanksiyalaşdırmaqdan imtina etdiyi üçün qarşılaşma titulların birləşdirilməsi xarakteri daşımamış və təşkilatın kəməri bu döyüşdə ortaya qoyulmamışdır.

Bu qarşılaşmada həmçinin, 2004-cü ildən bəri ilk dəfə olaraq boks dünyasının ən nüfuzlu nəşrlərindən biri hesab edilən "The Ring" jurnalının ağır çəkidə kəməri uğrunda mübarizə aparılmışdır. Sözügedən kəmər jurnalın versiyasına görə dünyanın ən güclü iki boksçusu qarşılaşdığı təqdirdə oynanılır.

Kliçko döyüşün ilk saniyələrindən təşəbbüsü ələ keçirmişdir. Çaqayev əks-hücumlar təşkil etməyə çalışmışdır, lakin Vladimirin güclü ceb zərbələri onun üçün ciddi maneəyə çevrilmişdir. İkinci raundda Kliçko sağ kross zərbəsi ilə Çaqayevi nokdauna salmışdır. Dördüncü raunddan sonra Çaqayevin ağız və burun boşluğundan qanaxma müşahidə olunmuşdur. Bir tərəfin aşkar üstünlüyü ilə keçən döyüş, 10-cu raundun başlamasından əvvəl Çaqayevin sekundantları tərəfindən dayandırılmışdır.

İlk məğlubiyyətdən sonra Çaqayev reytinq xarakterli iki döyüş keçirmiş, tanınmış avstraliyalı Kali Mien və amerikalı Trevis Volker üzərində qələbə qazanmışdır. Bu uğurlar Çaqayevi WBA reytinqində yenidən ön sıralara çıxarmışdır. Sözügedən titul vakant elan edildikdən sonra Çaqayev Rusiya təmsilçisi Aleksandr Povetkin ilə çempionluq döyüşü üçün iddiaçı təyin olunmuşdur.

Çaqayevi qarşıdan gələn sağ zərbə ilə çənəsindən vuraraq nokdauna salmışdır. Çaqayev ayağa qalxmağı bacarmışdır, lakin Lukas onu kanatlara sıxaraq hədəfli zərbələr seriyası endirmişdir. Referi döyüşü dayandırmaq barədə qərar qəbul etmişdir. Beləliklə, Ruslan Çaqayev 10-cu raundda avstraliyalı Lukas Brauna texniki nokautla məğlub olaraq WBA versiyası üzrə müntəzəm dünya çempionu titulunu itirmişdir. Döyüş dayandırıldığı anda Çaqaev hər 3 hakimin xal vərəqəsində (88–81 və iki dəfə 88–82 hesabı ilə) öndə olmuşdur. Sonradan Braunun qanında dopinq aşkar olunmuş və titul ondan alınaraq Çaqayevə geri qaytarılmışdır, lakin döyüşün nəticəsi dəyişdirilmədən saxlanılmışdır.

Karyerasının başa çatması 17 oktyabr 2016-cı il tarixində boks karyerasını qəti və dönməz olaraq başa çatdırmaq barədə qərar qəbul etmişdir. Buna Lukas Braun ilə keçirdiyi sonuncu döyüşdən sonra daha da kəskinləşən görmə problemi səbəb olmuşdur.

Şəxsi həyatı Ruslan Çaqayev milliyyətcə tatar olub, islam dininə etiqad edir. Onun atası Şamil Çaqayev əslən Ulyanovsk vilayətinin Barış rayonunun Kalda kəndindən olan mişardır. Ailə 1950-ci ildə Özbəkistan SSR-ə köçmüşdür. Anası Zamira Çaqayeva Özbəkistanda anadan olmuş, 2005-ci ildə Moskva şəhərində vəfat etmişdir. Ruslan Çaqayevin Luiza adında bir bacısı var.

Boksçunun həyat yoldaşı Viktoriya milliyyətcə ermənidir və Ruslan kimi Əndican şəhərindəndir. O, Əndican Tibb İnstitutunu bitirmişdir və ixtisasca ümumi profil həkimdir.