Zofya Nalkovskaya (; ) — polyak nasiri, dramaturqu və yazıçısı. O, 1933–1939-cu illərdə nüfuzlu Polşa Ədəbiyyat Akademiyasının icraçı üzvü vəzifəsində çalışıb. Həyatı

Zofiya Nalkovskaya sosial ədalət məsələlərinə sadiq ziyalı ailəsində anadan olub. O, heykəltaraş Hanna Nalkovskanın bacısı olub. Rusiya işğalı dövründə gizli fəaliyyət göstərən Səyyar Universitetdə təhsil alıb. Polşa müstəqilliyini bərpa etdikdən və İkinci Polşa Respublikası qurulduqdan sonra o, ölkənin, sosial realizm və psixoloji dərinliklə xarakterizə olunan roman və pyeslər müəllifi kimi ən görkəmli feminist yazıçılarından birinə çevrildi.

1928-ci ildən Polşa PEN Klubunun vitse-prezidenti olub. 1930-cu illərdə Sanasiya rejiminə qarşı çıxışlarda fəal iştirak edib. O, Polşadakı siyasi təqiblərə qarşı etirazların təşkilatçılarından biri olub. 1933-cü ildən isə Polşa Ədəbiyyat Akademiyasının üzvü olub.

Alman işğalı illərində gizli ədəbi fəaliyyətlə məşğul olmuş Zofiya, müharibədən sonra, Polşada Hitler Cinayətlərini Araşdıran Beynəlxalq Komissiyanın işində iştirak edib. Polşanın yeni kommunist hakimiyyətinin tərəfdarı olan Nalkovskaya, Dövlət Milli Şurasının, daha sonra isə Polşa Xalq Respublikası Milli Məclisinin deputatı seçilib.

Beyin qanaxmasından vəfat edən Nalkovskaya, Povonzki Hərbi qəbiristanlığında dəfn edilib.

Ədəbi çıxışı Zofya Nalkovskayanın ilk ədəbi uğuru "Teresa Hennertin romanı" (1923) əsəri olub.Bunun ardınca isə bir çox populyar romanlarını yazıb. O, daha çox "Sərhəd" (1935), "Həyat düyünləri" (1948) və "Medalyonlar" (1947) kitabları ilə tanınır.

Nalkovskaya öz yazılarında çətin və mübahisəli mövzulara cəsarətlə toxunub. O, həmin dövrün Polşada ən mühüm ədəbi nəşri olan "Wiadomości Literackie" jurnalında dərc olunmuş 1932-ci il tarixli "Erotizmin təşkili" adlı məqaləsində belə yazırdı: Erotizmin insan cəmiyyətinin digər aspektləri ilə birgə nəzərdən keçirilməsinə imkan yaratmaq üçün o, rasionallığa, daha doğrusu, intellektual yanaşmaya əsaslanan münasibət təşviq edilməli və gücləndirilməlidir. Erotizm fərdin şəxsi işi deyil. Onun insan həyatının bütün sahələrinə nüfuz edən qolları vardır və onu mənəviyyat, nəzakət adına alçaldıcı bir tərzdə pisləməklə və ya intellektual diqqətə layiq mövzular iyerarxiyasında aşağı pilləyə endirməklə digər sahələrdən ayırmaq mümkün deyil. O, nə utancaqlıq pərdəsi ilə təcrid edilə bilər, nə də sırf bioloji ölçüsünə görə yalnız elmin ixtiyarına verilə bilər.Zofia Nałkowska, "Organizacja erotyzmu", Wiadomości Literackie, vol. 9, No. 25 (442), 19 June 1932, p. 7. Quote in Polish: należy wymóc na sobie stosunek do zagadnień erotyzmu właśnie intelektualny, rozumowy, pozwalający je rozważać w splocie i wzajemnej zależności z innemi dziedzinami życia zbiorowego. Erotyzm nie jest prywatną sprawą człowieka. Wysyła on swe rozgałęzienia do wszystkich tych dziedzin i nie da się ani w imię wzgardliwego lekceważenia, ani moralności, ani dyskrecji, ani nawet w imię hierarchji tematów, godnych intelektualisty, od życia społecznego odciąć, nie da się w niem wstydliwie izolować i do swego zakresy ściśle biologicznego ograniczyć. (source )

İrsi 10 noyabr 2014-cü ildə Google onun 130-cu ad gününü Google Doodle ilə qeyd edib.

2024-cü ilin mayından etibarən Nalkovskayanın "Gündəlik" əlyazması Varşavada, Recpospolita sarayının daimi sərgisində nümayiş etdirilir. Əsərləri Romanları Kobiety (Qadın, 1906), Maykl Henri Dzivitskovo tərəfindən tərcümə edilib, 1920 Książę (Şahzadə, 1907) Rówieśnice (Müasirlər, 1909) Narcyza (1911) Noc podniebna (Heavenly night, 1911) Węże i róże (İlanlar və qızılgüllər, 1914) Hrabia Emil (Qraf Emil, 1920) Na torfowiskach (Bataqlıqlarda, 1922) Romans Teresy Hennert (Tereza Hennerin romantikası, 1923), Meqan Tomas və Ewa Malaçovska-Pasek tərəfindən tərcümə olunub, 2014 Dom nad łąkami (Çəmənliklərdə ev, avtobioqrafiya, 1925) Choucas (1927), Ursula Filips tərəfindən tərcümə olunub, 2014 Niedobra miłość (Sərt sevgi, 1928) Granica (Sərhəd, 1935), Ursula Filips tərəfindən tərcümə olunub, 2016 Niecierpliwi (Nigaran,1938) Węzły życia (Yaşayan bağlar, 1948) Mój ojciec (Mənim atam, 1953) Qısa hekayələri Medalyonlar, 1946, işğal olunmuş Polşada almanların vəhşilikləri haqqında 8 qısa hekayədən ibarət toplu, Diana Kuprel tərəfindən tərcümə olunub, 2000 Səhnə əsərləri Dom kobiet (1930) Dzień jego powrotu (1931) (Mari Slomçanski tərəfindən tərcümə edilmiş "Onun qayıdış günü" 1931-ci ildə səhnələşdirilib) Renata Słuczańska (1935)

İstinadlar

Ədəbiyyat From Corsets to Communism: The Life and Times of Zofia Nalkowska by Jenny Robertson (Scotland Street Press, 2019) Xarici keçidlər

Kateqoriya:Dramlar Kateqoriya:XX əsr publisistləri