Gennadi Petroviç Bliznyuk (;) — belaruslu keçmiş peşəkar futbolçu və futbol məşqçisi.
O, karyerası ərzində əsasən hücümçü kimi çıxış etmişdi.
Gennadi Bliznyuk doğma ölkəsi Belarusda, həmçinin Rusiya, Almaniya və Azərbaycanda çıxış edib.
Klub karyerası Bliznyuk karyerasına 1996-cı ildə "Energiya Jlobin" klubunda başlayıb.
2004-cü ildə Rusiyanın "Sokol Saratov" klubuna keçib və 2005-ci ilin yayında Belarusa qayıdaraq BATE klubu ilə müqavilə imzalayıb. Bliznyuk "BATE"nin 2008–09 UEFA Çempionlar Liqasındakı uğurlu yürüşü zamanı əsas heyət oyunçusu olub. O, təsnifat mərhələlərində bir neçə vacib qol vuraraq, "BATE"nin tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına kömək edib. Bliznyuk qrup mərhələsində "BATE"nin dörd oyununda iştirak edib.
O, 13 yanvar 2009-cu ildə "BATE"dən ayrılıb və Almaniyanın "FSV Frankfurt" klubu ilə altı aylıq müqavilə imzalayıb.
2011-ci ilin yanvar ayında Azərbaycana yollanan futbolçu AZAL klubu ilə müqavilə imzalamışdır. 2011-ci ilin aprelində "AZAL" futbolçu ilə pozur və futbolçu Belarusa qayıdır. Azərbaycan mətbuatında yayılan məlumata görə, "AZAL" futbolçunun içkiyə hədsiz meyil etməsinə görə onu komandadan qovmuşdur.
Milli komanda karyerası Bliznyuk Belarus milli futbol komandasının keçmiş üzvüdür.
Karyera statistikası Hesablar və nəticələr cədvəlində ilk olaraq Belarusun qolları göstərilmişdir, hesab sütunu Bliznyukun hər qolundan sonrakı hesabı göstərir. + Gennadi Bliznyuk tərəfindən vurulan beynəlxalq qolların siyahısıSıraTarixMəkanRəqibHesabNəticəYarış1 28 aprel 2004 Dinamo Stadionu, Minsk, Belarus 1–0 1–0 Yoldaşlıq oyunu2 6 iyun 2009 Neman Stadionu, Qrodno, Belarus 1–0 5–1 2010 FİFA Dünya Kubokunun seçmə mərhələsi3 5–04 10 iyun 2009 Şəhər Stadionu, Borisov, Belarus 2–0 2–2 Yoldaşlıq oyunu
Uğurları "Qomel" Belarus Yüksək Liqası: 2003 Belarus Kuboku: 2001–02
"BATE" Belarus Yüksək Liqası: 2006, 2007, 2008 Belarus Kuboku: 2005–06
"Torpedo-BelAZ" Belarus Kuboku: 2015–16
Fərdi Belarus Yüksək Liqasının bombardiri: 2003, 2008
İstinadlar
Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:BATE Borisov FK futbolçuları Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular