Müasir Macarıstanda antisemitizm əsasən yəhudilərlə bağlı mənfi stereotiplər formasında təzahür edir, baxmayaraq ki, tarixən daha zorakı formalarda da özünü göstərmişdir. Tədqiqatlar göstərir ki, antisemitizm kommunizmin süqutundan sonra, xüsusilə gənc nəsillər arasında daha geniş yayılmışdır. 2009-cu ildən etibarən aparılan sorğular ümumi əhali arasında antisemit hisslərin yüksək səviyyədə olduğunu davamlı şəkildə göstərmişdir.
Macarıstanın Fides hökuməti öz təbliğatında və seçki proqramlarında antisemit stereotiplərə əsaslanan Soros sui-qəsd nəzəriyyələrindən tez-tez istifadə etmişdir.
Tarixi Tisaeslar işi 1882–1883-cü illərdə baş vermiş və qan böhtanı kimi xarakterizə olunan bir qətl işi idi. Antisemitizm XX əsrin əvvəllərində, kommunist idarəçiliyi dövrü olan Qırmızı Terror zamanı əhəmiyyətli dərəcədə artdı. Macarıstan Sovet Respublikası yəhudi mənşəli Bela Kun tərəfindən idarə olunurdu. Ağ Terror dövründə — qısaömürlü Sovet Respublikasından sonra təxminən iki il davam edən mərhələdə — əksinqilabçı əsgərlər rejimi sona çatdırmaq üçün zorakılıqdan istifadə etdilər. Müharibələrarası dövrdə (xüsusilə 1930-cu illərin sonlarında) antisemitizm daha da gücləndi və İkinci Dünya müharibəsi zamanı kütləvi deportasiyalara səbəb oldu.Herczl, Moshe Y. Christianity and the Holocaust of Hungarian Jewry (1993) pp 79–170. online
Müharibədən sonrakı ikinci kommunist dövründə antisemitizm faşist ideologiyasının bir hissəsi hesab edilirdi və onunla bağlı ədəbiyyat məhv edilirdi. Macarıstanın antisemit müharibələrarası və müharibə dövrü liderləri kommunist Macarıstanda mənfi şəkildə təqdim olunurdu. Bununla yanaşı, antisemitizm və anti-sionizm dövlət tərəfindən də tətbiq edilirdi (SSRİ, Çexoslovakiya və digər sovet peyk dövlətlərində olduğu kimi) və bu xüsusilə 1949-cu ildən Stalinin 1953-cü ildəki ölümünə qədər intensivləşmişdi.
Macarıstanın 1989-cu ildə kommunizmdən kapitalizmə keçidindən və söz azadlığı ilə azad mətbuatın tətbiqindən sonra Mikloş Horti dövrünə və Albert Vassın yazılarına nostalji meydana çıxdı, antisemitizm isə yenidən gücləndi. İqtisadi və sosial dəyişikliklərin antisemitizmin qəfil artımına səbəb olub-olmaması və ya yəhudilərə qarşı gizli düşmənçiliyin yeni vətəndaş azadlıqları nəticəsində üzə çıxması mübahisə mövzusu olmuşdur.
Postkommunist kapitalizmi “sosial millətçilik”, irqçilik, ksenofobiya, fundamentalizm və antisemitizmi real sosial-iqtisadi problemlərə qarşı kimlik və mədəniyyət əsaslı psevdocavab formasında inkişaf etdirmişdir. Macarıstandakı ictimai-siyasi parçalanma strukturu — tərəqqi və millilik anlayışları arasındakı tarixi ziddiyyətləri əks etdirərək — yüksək statuslu qrupların antisemitizmi səfərbəredici mədəni kod kimi istifadə etməsinə şərait yaratmışdır. Klaus Holzun “milli antisemitizm” konsepsiyasında yəhudi universal və təhlükəli “qeyri-kimlik” kimi təsvir olunur; bu obraz digər kimlik və icmaları məhv edən qüvvə kimi təqdim edilir. Bu yanaşma yəhudinin günahkar, Macarıstanın isə qurban kimi qəbul edilməsinə səbəb olmuşdur.
Postkommunist dövrdə antisemitizm həm periferiyada, həm də əsas siyasi diskursda özünü göstərirdi. Periferiyada antisemit və neo-nasist qruplar meydana çıxdı və xaricdə yaşayan macar faşistləri tərəfindən dəstəkləndi. Macar neo-nasist ideoloqları arasında ifrat sağçı publisistlər və yazıçılar var idi. Keçid dövründən sonra yaradılmış Hunnia Füzetek və Szent Korona qəzetləri ənənəvi antisemit motivləri yenidən gündəmə gətirərək onları müharibədən sonrakı elementlərlə, xüsusilə Holokostun inkarı ilə birləşdirdilər. Əsas axında isə İştvan Çurka kimi ziyalılar tərəfindən təbliğ olunan antisemitizm ictimai diskursda yer aldı.
XXI əsrdə Macarıstanda antisemitizm inkişaf etmiş və institusional çərçivə qazanmışdır. Yəhudilərə və romanlara qarşı şifahi və fiziki zorakılıq artmışdır ki, bu da 1990-cı illərin antisemitizmindən mühüm fərq hesab olunur. Mühafizəkar Jobbik partiyası 2010-cu ilin aprelində keçirilən parlament seçkilərində səslərin 17 faizini qazandı. Milliyyətçi mağazalardan neo-nasist festivallarına qədər uzanan ifrat sağçı subkultura Macarıstan antisemitizminin institusionallaşmasında mühüm rol oynadı. Müasir antisemit ritorika yenilənmiş və genişlənmiş olsa da, hələ də köhnə antisemit stereotiplərə əsaslanır. Ənənəvi ittihamlar arasında “yəhudi işğalı”, “beynəlxalq yəhudi sui-qəsdi”, Trianon müqaviləsinə görə “yəhudi məsuliyyəti”, “yəhudi-bolşevizm” və qan böhtanı kimi ifadələr yer alır. Bu tendensiya macar xalqının “fələstinləşdirilməsi”nə dair istinadlarla,“Sionist cinayətlərin” artıq yalnız Yaxın Şərqlə məhdudlaşmadığını, həmçinin Macarıstana da yayıldığını iddia edən ideologiya; burada fələstinlilərin guya “soyqırımı” ilə macarların taleyi arasında paralellər qurulur. qan böhtanının yenidən ortaya çıxması və Holokost relativizmi ilə inkarının artması ilə güclənmişdir; maliyyə böhranları isə “yəhudi bankir sinfi”nə dair istinadları yenidən aktuallaşdırmışdır.
2013 Dünya Yəhudi Konqresi etirazı
2013-cü il mayın 4-də Jobbik üzvləri Budapeştdə keçirilən Dünya Yəhudi Konqresinə qarşı etiraz aksiyası təşkil etdilər və bunu “yəhudilərin Macarıstanı satın almaq cəhdi”nə qarşı yönəldilmiş etiraz kimi təqdim etdilər. Jobbik deputatı Enikő Hegedűs mitinqdə həm İsraili, həm də yəhudiləri sərt şəkildə tənqid edirdi, bu zaman onun həyat yoldaşı Lóránt Hegedűs Jr. yaxınlıqda dayanmışdı.
Qeydlər
İstinadlar
Əlavə ədəbiyyat Herczl, Moshe Y. Christianity and the Holocaust of Hungarian Jewry (1993) online
Xarici keçidlər Jews and Jewishness in Post-war Hungary Antiszemitizmus.hu A Pártatlan Dokumentáció Antisemitic Prejudices in Contemporary Hungary Antisemitism in Eastern Europe: History and Present in Comparison
Kateqoriya:Macarıstanda antisemitizm