Rroqojinə () — Albaniyanın mərkəzində, Tirana vilayətinin Qərb ovalıqları bölgəsində yerləşən şəhər və bələdiyyə.

2015-ci ildəki yerli idarəetmə islahatları nəticəsində Qose, Kryevidh, Lekay, Rroqojinə və Sinaballay adlı keçmiş bələdiyyələrin birləşdirilməsi ilə yaradılmışdır və həmin ərazilər hazırda bələdiyyənin inzibati vahidləri sayılır. Bələdiyyənin mərkəzi Rroqojinə şəhəridir.

Durres, Luşnya və Elbasan şəhərləri arasında yerləşən Rroqojinə, Pan-Avropa VIII dəhlizinin mühüm qovşağı və Rroqojinə–Durres, Rroqojinə–Vlyora, Rroqojinə–Poqradets dəmiryolu xətlərinin kəsişmə nöqtəsi hesab olunur. Rroqojinənin sahil xəttində, Adriatik dənizi sahillərindəki ən gözəl çimərliklərdən bəziləri mövcuddur. Bu ərazidə yerləşən Baştova qalası bölgənin ən mühüm mədəni irs abidələrindən biri kimi həm yerli, həm də xarici turistlərin diqqət mərkəzindədir. Qalanın ətrafında bitən dəfnə meşəsi isə təbiət abidəsi hesab olunur.

Tarixi

Arxeoloji və tarixi ədəbiyyatda “ASPARGAIUM” adı ilə tanınan Rroqojinə şəhəri qədim yaşayış məskəni və mühüm coğrafi-tarixi kəsişmə nöqtəsi kimi xatırlanır. Aspargaium, Apolloniya və Dirraxdan Roma və Konstantinopola doğru uzanan "Via Egnatia" (Eqnatiya yolu) üzərindəki iki seqmentin kəsişməsində yerləşirdi. Bugünkü Rroqojinə kommunizm dövründə neft, sabun və pambıq fabrikləri, eləcə də qida emalı və konservləşdirilməsi müəssisələri kimi aqrosənaye obyektlərinin ətrafında inşa edilmişdir.

Demoqrafiyası

2023-cü ilin siyahıyaalınmasına əsasən bələdiyyənin əhalisi 12,567 nəfər təşkil edir. Onlardan 5,002 nəfəri bilavasitə mərkəzi inzibati vahiddə yaşayır.

Bələdiyyənin ümumi sahəsi 223.73 km²-dir. Əhalinin böyük əksəriyyətini etnik albanlar təşkil edir.

Kəndləri İnzibati vahid mərkəzləri: Qose Lekay Kryevidh Sinaballay Rroqojinə

Digər kəndləri: Ballay Damarkay Domen Fliballi German Qose e Madhe Qose e Vögel Hamenray Harizay Hasduşk Kaluş Kazi Kerçukay Koçay-Şeşay Kodrasey Kryevidh Lekay Levanay Luz i Madh Memollay Methasanay Mlik Muşnikə Okştun Patk-Milot Rrostey Rreth-Qreth Sinaballay Spaneş Spille Sterbeq Şarrduşk Şkozet Tartor Vile-Ballay Zambiş Zaştik Jabyak

Həmçinin bax Eqnatiya FK

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri