thumb|Viljandi Müqəddəs Pol Kilsəsi Estoniya Evangelist Lüteran Kilsəsi (Estonca: Eesti Evangeelne Luterlik Kirik ) alman ilahiyyatçısı Martin Lüterin prinsiplərinə sadiq qalan xristian və protestant kilsəsidir.

1940-cı ildə Eesti Evangeliumi Luteriusu Kirik kilsəsinin yepiskopu Johan Kõpp İsveçə qaçdıqda, bu kilsə iyerarxiyası 1944-cü ildə yeni qurulmuş kilsə ilə əvəz olundu. 1940-cı ildə Estoniyanın Sovet İttifaqı tərəfindən ilhaq edilməsi ilə kilsənin aktivləri müsadirə edildi, gücü zəiflədi, dini təhsil qadağan edildi və bir çox ilahiyyatçı Sibirə sürgün edildi. 1988-ci ildə Sovet İttifaqında dini islahatlardan sonra kilsənin fəaliyyəti artdı.

Tartu Universitetində qadınlar ilk dəfə 1920-ci illərdə ilahiyyat təhsili almağa başlasalar da, keşiş təyin edilən ilk qadın 1967-ci ildə Laine Villenthal olub.

2006-cı ildə kilsə üzvlərinin sayının təxminən 200.000 nəfər olduğunu bildirmişdir. Hazırda kilsənin arxiyepiskopu Urmas Viilmadır.

Xarici keçidlər

Kateqoriya:Tallin