Yıldıray Baştürk — Türkiyə keçmiş futbolçusu

Həyatı Yıldıray Baştürk 24 dekabr 1978-ci il təvəllüdlü Baştürk Almaniyanın Herne şəhərində dünyaya gəlib.

Karyerası Futbolun sirrlərini "Sportfreunde Vanne-Eykel" klubunda öyrənib. Daha sonra 9 il – 1987–1996-cı illərdə "Vattenskeyd" klubunun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1996/97 mövsümündə bu komandanın əsas heyətinə cəlb olunsa da, meydana çıxmayıb. 1997-ci ildə "Bohum"a transfer olunub. Bu komandada 104 oyun keçirib və 13 qola imza atıb. 2001-ci ildə "Bayer"ə keçib. Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qol vurub. 2004–2007-ci illəri Hertada keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus edib. 2007-ci ildə transfer olunduğu "Ştutqart"da indiyə qədər 26 oyun keçirib və 4 qola imza atıb.

Millidəki karyerası 1998/2008-ci illərdə Türkiyə millisinə 45 dəfə dəvət alıb. Onlardan ikisində qol vurub. Türkiyə yığması ilə 2002-ci ildə Dünya üçüncüsü olub. Bir il sonra isə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb. 2001-ci ildə "Bayer"lə Çempionlar Liqasının finalında oynayan Yıldıray bununla da tarixə düşüb. Belə ki, o, ÇL-in finalında oynayan ilk türk futbolçu olub.

Uğurları FİFA Dünya Kuboku Bürünc medal (1) — 2002 FİFA Konfederasiyalar Kuboku Bürünc medal (1) — 2003 UEFA Çempionlar Liqası Finalçı (1) — 2001/2002

Mənbə Çempionlar Liqasında final oynayan ilk türk Azərbaycanda

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Bləkbörn Rovers FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Herta FK futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri