Darya Bavdaj Kuret (; ) — Sloveniyalı diplomat, sosial elmlər üzrə mütəxəssis və qadın hüquqları müdafiəçisi. O, 1995-ci ildən müxtəlif ölkələrdə səfir vəzifələrində çalışdıqdan sonra, 2017-ci ilin avqust ayında Sloveniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi təyin edilib. Bavdaj Kuret qadınlar üçün bərabər hüquqların fəal tərəfdarıdır. 2023-cü ilin sentyabr ayından etibarən o, Sloveniyanın Rusiyadakı səfiri vəzifəsində çalışır.

Həyatı 250px|thumb|left|D.Bavdaj Kuret etimadnaməsini Hindistan Prezidenti Pranab Kumar Mukerciyə təqdim edir. Oktyabr 2013-cü il. 1956-cı ildə Sloveniyada anadan olan Darya Bavdaj Kuret Lyublyana Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsindən məzun olub. O, 1995-ci ildən 1999-cu ilə qədər İsraildə səfir vəzifəsində çalışıb, eyni zamanda Fələstin Administrasiyası üçün akkreditasiya olunub. Daha sonra Sloveniya Xarici İşlər Nazirliyində Analiz və Planlaşdırma Departamentinə rəhbərlik edib, 2002-2006-cı illərdə isə İsveç, Finlandiya, Estoniya və Latviyada səfir kimi fəaliyyət göstərib.

2006-2008-ci illərdə Sloveniya Xarici İşlər Nazirliyi və Avropa Perspektivləri Mərkəzi tərəfindən təşkil edilən Bled Strateji Forumunun baş katibi olub. 2008-ci ildə, Sloveniyanın Avropa İttifaqına sədrlik etdiyi dövrdə, o, Rusiya, Ukrayna, Mərkəzi Asiya, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Belarus üzrə Paytaxtlar İşçi Qrupuna sədrlik edib. 2009-2013-cü illərdə Macarıstanda, 2013-2015-ci illərdə isə Hindistanda səfir olub. O, 2014-2015-ci illərdə eyni zamanda Butan, Banqladeş, Nepal və Şri-Lanka üçün akkreditasiya olunub. Bundan sonra Sloveniyaya qayıdan Darya Bavdaj Kuret 2015-2017-ci illərdə dövlət katibi vəzifəsini tutub. 2017-ci ilin avqustunda Sloveniyanın Nyu-Yorkdakı BMT Baş Assambleyasında daimi nümayəndəsi təyin edilib və bu vəzifəni 2021-ci ilin iyun ayında tamamlayıb. 2021-ci ilin sentyabrında isə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidin ofisində xüsusi məsləhətçi vəzifəsinə təyin olunub.

Darya Bavdaj Kuret 2023-cü ildən 2025-ci ilə qədər Sloveniyanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, aktiv qadın hüquqları fəalıdır. Darya Bavdaj Kuretin bir oğlu var.

İstinadlar

Xarici keçidlər Darja Kuret