Sənan Şamil oğlu Qurbanov () — hücumçu mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu, məşqçi.
Erkən illəri Sənan Qurbanov 4 avqust 1980-ci ildə Gürcüstan SSR-də anadan olub. Əslən Şindilər kəndindəndir.
1 yaşında ikən ailəsi ilə birlikdə Bakıya köçüb. Futbolla 12 yaşından — Uşaq Gənclər İdman Məktəbində Canbaxış müəllimin yanında məşğul olmağa başlayıb. Yeniyetməlik dövründə "Tərəqqi" və "Trabzonspor" komandalarında çıxış edib.
Klub karyerası Özünün sözlərinə görə, peşəkar karyerasında ilk oyununu 18 yaşında "Qarabağ"ın heyətində "Şəmkir" komandasına qarşı keçirib (Matçın 70-ci dəqiqəsində Müşfiq Hüseynovun əvəzinə meydançaya daxil olub). İlk qolunu isə "Qarabağ"ın heyətində "Xəzri Buzovna"nın qapısına vurub.
Peşəkar karyerası boyunca "Qarabağ", Azərbaycan U-18, "Şəfa", "Dinamo-Bakılı", "Saypa" (İran), "MKT Araz", "Şahdağ", "Gilan", "ABN Bərdə", MOİK, "Muğan" kimi komandalarda top qovub.
"MKT Araz"da çıxış edərkən dabanından aldığı zədə sonrakı karyerasına ciddi təsir edib. İstədiyi formanı yığa bilməyən Qurbanov, futbolçu karyerasını başa vurmağı qərara alıb.
Milli komanda karyerası Azərbaycan milli komandasının heyətində yeganə görüşünü 31 mart 2004-cü ildə yoldaşlıq oyunu çərçivəsində Moldova milli komandasına qarşı keçirib (Matçın 62-ci dəqiqəsində Ruslan Musayevin əvəzinə meydançaya daxil olub).
Oyun üslubu Hava toplarında hakimiyyəti, başla oynamaq qabiliyyəti və yüksək qol duyumu ilə seçilib.
Məşqçilik karyerası Məşqçilik karyerasına "Neftçi" İSM-də yardımçı məşqçi kimi başlayıb.
2012-2018-ci illər aralığında "Qəbələ"də köməkçi məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışıb. "Radarlar" onun rəhbərliyi rəhbərliyi altında Azərbaycan Kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.
2021-2022 illərdə "Şamaxı"nı çalışdırıb. Komanda onun rəhbərliyi rəhbərliyi altında Azərbaycan Kubokunun 2020-2021-ci illər mövsümünün qalibi olub.
2023-cü ilin avqustundan 2024-cü ilin oktyabrınadək "Neftçi" komandasının məşqçilər korpusunda yer alıb.
UEFA-nın "Pro" kateqoriyalı məşqçilik lisenziyasına malikdir.
Şəxsi həyatı İki oğlu var. Oğullarından biri — Ömər Qurbanov, peşəkar futbolçudur. 2026-cı il etibarilə "Neftçi-2" komandasında çıxış edir.
Nailiyyətləri Məşqçi kimi Qəbələ Azərbaycan Kubokunun qalibi: 2018-2019
Şamaxı Azərbaycan Kubokunun qalibi: 2020-2021
İstinadlar
Xarici keçidlər Sənan Qurbanov Footballfakts.ru saytında
Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:İmişli FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Qəbələ FK məşqçiləri Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular