Rumıniyada LGBTQ hüquqları — Rumıniyadakı lezbiyan, gey, biseksual, transgender və kvir (LGBTQ) fərdləri, LGBTQ olmayan sakinlərin qarşılaşmadığı hüquqi çətinliklər və diskriminasiya ilə üzləşirlər. Rumıniyada gey, lezbiyan, biseksual və transgender vətəndaşların hüquqları ilə bağlı münasibətlər ümumiyyətlə mühafizəkardır. "ILGA-Europe" təşkilatının 2025-ci il hesabatına görə, Rumıniyada LGBTQ hüquqlarının vəziyyəti bütün Avropa İttifaqı ölkələri arasında ən pisidir.

2006-cı ildə Rumıniya "Human Rights Watch" tərəfindən "cinsi oriyentasiya və ya gender kimliyinə əsaslanan hüquq pozuntuları ilə mübarizədə nümunəvi tərəqqi əldə etmiş" dünyadakı beş ölkədən biri kimi göstərilib. Lakin 2020-ci ilin iyun ayında təhsil müəssisələrində gender kimliyinin öyrənilməsinə tam qadağa qoyuldu. Bu qadağa 2020-ci ilin dekabrında Rumıniya Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi. 2022-ci ilin aprelində Rumıniya Senatında məktəblərdə "gey təbliğatını" qadağan edən qanun layihəsi qəbul olundu. Həmçinin, 2022-ci ilin aprelində Senat ictimai yerlərdə homoseksuallıq və gender kimliyi mövzusunda müzakirələri qadağan edən bir qanun layihəsini də qəbul etdi. Bu layihə Rumıniya İnsan Hüquqları Komissiyası tərəfindən təsdiqlənsə də, parlamentin aşağı palatası olan Deputatlar Palatasının təsdiqi tələb olunurdu. Sözügedən qanun layihəsi 2022-ci ilin iyulunda paytaxt Buxarestdə gender və cinsi azlıqlar üçün bərabər hüquqlar tələb edən 15,000-dən çox insanın iştirak etdiyi yürüşə səbəb oldu. Qanunun LGBTQ əleyhinə olan hissələri son versiyada çıxarıldı. 2022-ci ildə "ILGA-Europe" müdafiə qrupu LGBTQ hüquqlarının qorunmasına görə Rumıniyanı Avropa İttifaqının 27 ölkəsi arasında Polşadan başqa bütün Aİ ölkələrindən geri qalaraq 26-cı yerdə qərarlaşdırdı.

Hazırda Rumıniyada gey vətəndaşlara qarşı, nikah bərabərliyini inkar edənlərdən başqa heç bir qanun yoxdur. 2002-ci ildən bəri cinsi razılıq yaşı həm heteroseksual, həm də homoseksual münasibətlər üçün bərabər olaraq 15 yaş müəyyən edilmişdi ki, bu da 2020-ci ildə hər iki hal üçün 16 yaşa qaldırılıb. Eynicinsli cinsi fəaliyyətin qanuniliyi 300px|thumb|right|2006-cı ildə Buxarestdə keçirilən GayFest festivalında nümayiş olunan göy qurşağı bayrağı. 1864-cü ildə Aleksandru İoan Kuza tərəfindən elan edilmiş və əsasən 1810-cu il Fransa Cinayət Məcəlləsindən (hansı ki, zamanla homoseksuallığın cinayət hesab edilməsi fərqliliyini aradan qaldırmışdı) götürülmüş Cinayət Məcəlləsi homoseksual münasibətlərə heteroseksual münasibətlərdən fərqli yanaşmırdı. Beləliklə, homoseksuallıq yalnız qarşılıqlı razılıq olmadığı təqdirdə qanunsuz hesab edilirdi. 1878-ci ildən başlayaraq, müvafiq Transilvaniya-Macarıstan məcəlləsi gey kişiləri yalnız zorlama və ya zorlamaya cəhd kimi zorakı homoseksual əməllər törətdikdə cəzalandırırdı. Eynilə, Bukovina da köhnə Avstriya qanunvericiliyinin 129-cu maddəsi vasitəsilə homoseksual zorakılığı cəzalandırırdı.

Hər iki bölgə Birinci Dünya müharibəsindən sonra Rumıniyaya birləşdirildi. Rumıniya yeni milli Cinayət Məcəlləsi qəbul olundu. Totalitar faşist dövlətlərindəki homoseksuallıq əleyhinə qanunvericiliyin təsiri ilə Rumıniya Cinayət Məcəlləsi 1937-ci ildə ölkədə ilk dəfə homoseksuallığı cinayət hesab etdi. Bu Məcəllə (seksuallıqla bağlı ictimai müzakirələrin nəticəsi olaraq) yalnız aşkar (ictimai) homoseksuallığı qadağan edirdi (431-ci maddə "ictimai qalmaqala səbəb olarsa, kişilər və ya qadınlar arasında törədilən cinsi inversiya hərəkətlərini" cəzalandırırdı). 1948-ci ildə bu "ictimai" homoseksuallıq anlayışı məhkəmə tərəfindən genişləndirildi; bura "qalmaqala səbəb olan" həm ictimai, həm də özəl bütün vəziyyətlər daxil edildi və beləliklə, homoseksuallıq de-fakto qanunsuz oldu. Rumıniya Sosialist Respublikasının yeni Cinayət Məcəlləsində 431-ci maddə cəzaları minimum iki, maksimum beş il həbs müddətinə qədər sərtləşdirdi. 1957-ci ildə "ictimai qalmaqal" istinadı çıxarıldı və eyni cinsli şəxslər arasında hər hansı razılığa əsaslanan cinsi əlaqə cinayət hesab edildi. Nikolae Çauşeskunun hakimiyyətə gəlişindən sonra, 1968-ci ildə əsas məcəllə yenidən nəzərdən keçirildi, 201-ci maddə (və ya bəzi mənbələrdə 200-cü maddə kimi qeyd olunur) tətbiq edildi və hüquqpozma ictimai sferadan şəxsi sferaya keçirildi: CODUL PENAL din 21 iunie 1968 (**republicat**) (*actualizat*) (updated until 28 March 2008)

Eyni cinsli şəxslər arasında cinsi əlaqə 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 1-ci bənddə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayanlara, özünü müdafiə edə bilməyən və ya iradəsini ifadə etmək iqtidarında olmayan şəxslərə qarşı və ya məcburi şəkildə törədildikdə, 2 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər 2-ci və 3-cü bəndlərdə nəzərdə tutulmuş əməl fiziki bütövlüyün və ya sağlamlığın ağır zədələnməsi ilə nəticələnərsə, cəza 3 ildən 10 ilə qədər, qurbanın ölümü və ya intiharı ilə nəticələnərsə, 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetmədir. Şəxsi 1-ci bənddə nəzərdə tutulmuş əməli törətməyə təhrik və ya təşviq etmə 1 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-cü maddə Çauşesku rejimi üçün məqsədyönlü idi, çünki 1970-ci ildən bəri sosial nəzarəti gücləndirmək üçün bir vasitə rolunu oynayırdı. Cinayət Məcəlləsindəki bu məhdudiyyətlər Rumıniyaya məxsus idi və digər heç bir Avropa ölkəsində yox idi. Məhdudiyyətlər yalnız münasibətləri əhatə edirdi; özünü homoseksual hesab edənlər cəzalandırılmır, əvəzində psixi xəstə hesab olunurdular. 1990-cı illərin əvvəllərində gey hüquqları müdafiəçiləri, beynəlxalq insan hüquqları təşkilatları və Avropa Şurası Rumıniya hökumətinə homoseksuallığın dekriminallaşdırılması və bütün vətəndaşlar üçün bərabər hüquqların təmin edilməsi üçün təzyiq göstərməyə başlayanda, mühafizəkar siyasi elita və Pravoslav Kilsəsi iddia edirdi ki, 1989-cu ildən əvvəl Rumıniyada cinsi azlıqlar mövcud olmayıb. Onlar homoseksuallığın yalnız kapitalizmin arzuolunmaz məhsulu, Qərb demokratiyaları tərəfindən aşılanan bir həyat tərzi olduğunu və heteronormativ Rumıniya mədəniyyətinin bir hissəsi olmadığını iddia edirdilər.

1995-ci ildə Rumıniya Aİ-yə üzvlük üçün müraciət etdi. Həmin vaxt o, Avropada homoseksuallığı hələ də cinayət hesab edən cəmi üç ölkədən biri idi. Əsasən güclü beynəlxalq təzyiqlər nəticəsində 1996-cı ildə 200-cü maddənin birinci bəndi dəyişdirildi və yalnız ictimai yerlərdə həyata keçirilən və ya ictimai qalmaqal mənbəyi hesab edilən eyni cinsli cinsi fəaliyyətlər qanunla cəzalandırıldı. Rumıniyada gey olduğu üçün həbs edilən sonuncu şəxs 1998-ci ildə azadlığa buraxıldı. 2000-ci ildə Rumıniya Aİ-yə daxil olmaq üçün danışıqlara başladı və ölkə öz qanunlarını Aİ qanunvericiliyi ilə uyğunlaşdırdığını nümayiş etdirməli idi. Xüsusilə, Rumıniya sübut etməli idi ki, ölkənin siyasəti və qanunvericiliyi ilə cinsi azlıqların hüquqları pozulmur. Avropa İttifaqına (Aİ) daxil olmaq ehtimalı hüquqi dəyişikliklərə güclü təsir göstərdi. 2001-ci ilin yanvarında Adrian Nəstase hökuməti 89/2001 saylı Fövqəladə Sərəncamı qəbul etdi; bu sərəncam Cinayət Məcəlləsinin 200-cü maddəsini ləğv etdi və cinsi cinayətlərə dair digər maddələri tənzimləyərək ayrı-seçkiliyin qarşısını aldı. Bu sərəncam 2002-ci ilin yanvarında, Prezident İon İliyesku yeni qanunu imzaladıqdan sonra qüvvəyə mindi. Ordonanța de urgență nr. 89/2001 pentru modificarea și completarea unor dispoziții din Codul penal referitoare la infracțiuni privind viața sexuală , text published in the Official Gazette of Romania

2007-ci ilin sonunda sağçı Böyük Rumıniya Partiyası Senata "homoseksualların və lezbiyanların ideyalarının və təzahürlərinin yayılmasını" qadağan edən bir qanun təklif etdi. Bu əsasən Buxarestdə hər il keçirilən GayFest prayd paradının qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Təklif 11 fevral 2008-ci ildə Senat tərəfindən 17 lehinə, 16 bitərəf və 27 əleyhinə səslə rədd edildi.

Eyni cinsli münasibətlərin tanınması 300px|thumb|right|Timişoaradakı Milli Opera binası, LGBTQ göy qurşağı bayrağı ilə işıqlandırılıb. (2023) 2023-cü ilin sentyabrında Rumıniya LGBTQ+ cütlüklərinini qanuniləşdirdi. Rumıniya Konstitusiyası ailəni həyat yoldaşları arasında könüllü razılığa əsaslanan nikah kimi müəyyən edir və onların cinsini dəqiqləşdirmir. Buna baxmayaraq, qüvvədə olan qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı nümayəndələri üçün təfsirə yer qoymur. Nikah yalnız bir kişi və bir qadının birliyi ola bilər və eyni cinsli cütlük ailə olaraq dövlət tərəfindən hüquqi müdafiə ala bilməz: Maddə 48 – Ailə (1) Ailə, həyat yoldaşları arasında könüllü razılığa əsaslanan nikaha, onların tam bərabərliyinə və valideynlərin uşaqların böyüdülməsini, təhsilini və təlimini təmin etmək hüququna və vəzifəsinə əsaslanır.

Bundan əlavə, eyni cinsli nikah Mülki Məcəllə ilə qadağan edilmişdir və bu müddəaların tətbiqində heç bir çətinlik yoxdur: Maddə 259 – Nikah (1) Nikah, qanuna uyğun olaraq bağlanmış, bir kişi və bir qadın arasında könüllü razılığa əsaslanan birlikdir.

2013-cü ilin aprelində Yaşıllar Partiyasının deputatı Remus Çernea (Remus Cernea) eyni cinsli nikahlara heteroseksual nikahlarla eyni hüquqların verilməsini nəzərdə tutan qanun layihəsini elan etdi. Bu addımın əleyhdarları tərəfindən kəskin reaksiyalara səbəb oldu. 7 iyul 2013-cü ildə Çernea layihəni Senata təqdim etdi. 17 dekabr 2013-cü ildə qanun layihəsi Senat tərəfindən 110 əleyhinə, cəmi 2 lehinə səslə rədd edildi. Deputatlar Palatasına göndərildikdən sonra layihə 11 iyun 2014-cü ildə 298 əleyhinə, 4 lehinə səslə rəsmi olaraq qəbul edilmədi.

7 iyun 2013-cü ildə Rumıniya Konstitusiyaya düzəlişlər etmək tapşırılmış komissiya vasitəsilə eyni cinsli nikahları qadağan etmək üçün cəhd göstərdi; komissiyadakı 15 deputat lehinə səs verdi, yalnız 3 nəfər bitərəf qaldı. Lakin həm daxili, həm də beynəlxalq etirazlardan sonra həmin düzəliş geri götürüldü.

2014-cü ilin oktyabrında Çernea növbəti dəfə mülki tərəfdaşlıq haqqında qanun layihəsini parlamentə təqdim etdi. 2015-ci ilin aprelində Senat 8 lehinə, 49 əleyhinə səslə layihənin əleyhinə səs verdi. 2015-ci ilin dekabrında layihə Deputatlar Palatasına daxil oldu və orada bir daha rədd edildi.

Amerikalı bir kişi ilə nikahının (nikah eyni cinsli nikahların qanuni olduğu Belçikada bağlanmışdı) tanınmasını istəyən bir rumıniyalı tərəfindən açılan məhkəmə işi Konstitusiya Məhkəməsinə çıxarıldı və məhkəmə məsələ ilə bağlı Avropa Ədalət Məhkəməsi ilə məsləhətləşdi. Avropa Ədalət Məhkəməsi 2018-ci ilin iyununda "Koman və başqaları" işi üzrə qərar verdi ki, əgər nikah bir Aİ ölkəsində qanuni şəkildə bağlanıbsa, eyni cinsli həyat yoldaşları eyni yaşayış hüququna malikdirlər.

2018-ci ilin martında Senat sədri Kalin Popesku-Teriçanu və Deputatlar Palatasının sədri Liviu Draqnea eyni cinsli cütlüklər üçün mülki tərəfdaşlığı qanuniləşdirmək niyyətlərini bildirdilər. Bununla bağlı, Diskrpiminasiya ilə Mübarizə üzrə Milli Şura bir qanun layihəsi təqdim etdi ki, bu layihə vasitəsilə evlənmək istəməyən və ya evlənə bilməyən heteroseksual və ya homoseksual cütlüklər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində qeydə alınan könüllü birliyin rəsmiləşdirilməsini seçə bilsinlər. Həmçinin 2018-ci ildə Rumıniyanın ali məhkəməsi eyni cinsli cütlüklərə ölkədə eyni yaşayış hüquqlarının verilməsi barədə qərar çıxardı. 2018-ci ilin sentyabrında ali məhkəmə eyni cinsli cütlüklərin heteroseksual cütlüklərlə eyni hüquqlara malik olması barədə hökm verdi.

23 may 2023-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, Rumıniya eyni cinsli cütlüklərin evlənməsinə və ya mülki tərəfdaşlıq kimi qeydiyyata düşməsinə icazə verməməklə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının səkkizinci maddəsini pozur. Lakin buna baxmayaraq, 2023-cü ilin noyabrında Baş nazir Marsel Çolaku bildirdi ki, Rumıniya nə eyni cinsli nikahları, nə də mülki tərəfdaşlıqları qanuniləşdirməyəcək. Oxşar mövqe Rumıniya Senatının və Milli Liberal Partiyasının sədri Nikolae Çiuke tərəfindən də səsləndirildi.

Övladlığa götürmə və ailə planlaması